https://sputnik.az/20250204/azerbaycan-ran-razilasmalari-iki-olke-munasibetlerinin-geleceyi-ucun-ne-ved-edir-470363682.html
Azərbaycan-İran razılaşmaları iki ölkə münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Azərbaycan-İran razılaşmaları iki ölkə münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Sputnik Azərbaycan
Millət vəkili hesab edir ki, İran Azərbaycan-Ermənistan sülh danışıqlarında iştirak etməsə də, münasibətlərin normallaşması prosesində irəliləyişə imkan verə... 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T09:28+0400
2025-02-04T09:28+0400
2025-02-04T09:28+0400
iran
təhlil
hikmət hacıyev
zahid oruc
prezident ilham əliyev
mərkəzi asiya
qərb
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425678864_0:0:3077:1731_1920x0_80_0_0_1a89381e0c247449aee47164cf4a42e8.jpg
BAKI, 4 fevral — Sputnik. Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri iki ölkə münasibətləri üçün mühühm açıqlamalarla yadda qaldı. Heç kəsə sirr deyil ki, Azərbaycan-İran münasibətlərinin normallaşması həm bu ölkələrin strateji maraqları, həm də bölgənin gələcək geosiyasi mənzərəsinin formalaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə "Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq" deməsi də rəsmi Bakının mövcud İran hakimiyyəti ilə münasibətləri normallaşdırmaq niyyəti kimi qiymətləndirilə bilər. Əldə olunmuş razılıqlar Azərbaycan-İran münasibətlərində hansı keyfiyyət dəyişiklikləri yaradacaq? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan Prezidentinin köməkçisinin bu səfəri Azərbaycan-İran münasibətlərində yeni səhifələr açacaq. İran siyasi elitasının bütün nümayəndələri ilə keçirilmiş görüşlərdə əldə olunmuş razılıqlar və aparılmış müzakirələr bunu deməyə əsas verir: "Bu o deməkdir ki, görüşlər İran hakimiyyətinin müəyyən strukturlarının ölkəmiz əleyhinə başlatdığı kampaniyaların dayandırılması üçün zəmin yaradır". Zahid Oruc bildirib ki, ölkələr arasında yaranmış diplomatik fasilə hər iki ölkənin siyasi elitaları tərəfindən dərindən təhlil olunub: "Azərbaycan İran dövlətinin mənafelərinə ziyan vuracaq hər hansı addım atmayıb. Bununla belə İran tərəfindən son 4-5 il ərzində tarixi əlaqələri zədələyən addımların şahidi olmuşuq. Bu görüşlər dövlət rəhbərlərinin gələcək görüşləri üçün də imkan yaradacaq. Bu gün bölgə maraqları naminə region ölkələri üçüncü tərəflərin planlarının qarşısını almaq üçün birgə fəaliyyət göstərməlidirlər. Ermənistan vasitasilə regiondankənar qüvvələr bölgəmizə yerləşiblər. Bu, təkcə Azərbaycana qarşı yönəlməyib, eyni zamanda Rusiya və İran üçün də burada narahatlıq yaradacaq məqamlar var. Həmin qüvvələrin məqsədi geosiyasi toqquşmaları regionumuza gətirməkdir". Zahir Oruc İran rəsmiləri ilə keçirilən görüşlərin bölgə üçün nəzərdə tutulmuş kommunikasiyaların fəaliyyətinə əngəl yaratmayacağına ümid edir:Millət vəkilinin fikrincə, İran Azərbaycan-Ermənistan sülh danışıqlarında iştirak etməsə də, münasibətlərin normallaşması prosesində irəliləyişə nail olunmasına imkan verə bilər: "Azərbaycan xarici siyasətini Ermənistanın müttəfiqlərini əlindən almaq üzərində qurmayıb. Ona görə də, İran-Azərbaycan əlaqələrinin yaxşılaşması sülh üçün perspektivləri gücləndirir". Politoloq Elşən Manafov isə bildirib ki, Azərbaycan Prezidentinin köməkçisinin İran səfəri İran və Azərbaycan arasında münasibətlərin strareji tərəfdaşlıq çərçivəsinə keçirilməsi istiqamətində atılmış mühüm bir addım kimi dəyərləndirilə bilər: "Bu dövlətlər arasında münasibətlər bir qayda olaraq mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində qurulub. Tərəflər regional təhlükəsizlik problemlərinin həllində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürulmuş "3+3" formatında əməkdaşlığın əhəmiyyətini qəbul edir və bu formatda əməkdaşlığa böyuk önəm verirlər. Bəlli dairələrin və qlobalistlərin regionla bağlı geosiyasi maraqları İran və Azərbaycan arasında münasibətlərin kəskinləşdirilməsinə yönəlsə də, dövlət rəhbərlərinin siyasi iradəsi və uzaqgörənliyi sahəsində islami dəyərlərə böyük sayğı ilə bağlı xalqları üzbəüz qoymaq istəyən qüvvələrin məkrli planları ifşa olunub. Azərbaycan prezidentinin qeyd etdiyi kimi dövlətlərimiz arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr regiondan kənar qüvvələrdirlər". Politoloq qeyd edib ki, Hikmət Hacıyevin İrana səfəri zamanı hər iki tərəfin böyük maraq göstərdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri ilə bağlı problemlər ətrafında müzakirələr baş tutub: "Şimal-Cənub nəqliyyat dəhlizi Rusiya və İranla yanaşı, Mərkəzi Asiya dövlətlərinin, hətta Çinin böyük maraq göstərdiyi layihələr sırasındadır, məlum layihənin icrası istiqamətində hazırda Azərbaycan üzərindən ciddi iş gedir. Rusiyanın maliyyə dəstəyi verdiyi bu dəhliz Qərbin marağında olmayan dəhlizlər sırasındadır və bölgədə nüfuz dairəsi uğrunda genişlənməkdə olan mübarizənin bəlli səbəblərindən biri də dəhlizlərə nəzarət, onlara çıxış yolları əldə etmək uğrundadır. Bu səfər göstərdi ki, Azərbaycan özünün iqtisadi mənfəəti, habelə regional və milli təhlükəsizlik maraqları ilə bağlı amillərdən çıxış edərək onunla əməkdaşlıqda maraqlı olan bütün tərəflərlə konstuktiv zəmində münasibətləri bundan sonra inkişaf etdirmək əzmindədir".
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425678864_0:0:2729:2047_1920x0_80_0_0_06dfddfe88cafa2702f59d0ecf6da48c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, hikmət hacıyev, zahid oruc, prezident ilham əliyev, mərkəzi asiya, qərb
iran, hikmət hacıyev, zahid oruc, prezident ilham əliyev, mərkəzi asiya, qərb
Azərbaycan-İran razılaşmaları iki ölkə münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Millət vəkili hesab edir ki, İran Azərbaycan-Ermənistan sülh danışıqlarında iştirak etməsə də, münasibətlərin normallaşması prosesində irəliləyişə imkan verə bilər.
BAKI, 4 fevral — Sputnik. Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri iki ölkə münasibətləri üçün mühühm açıqlamalarla yadda qaldı. Heç kəsə sirr deyil ki, Azərbaycan-İran münasibətlərinin normallaşması həm bu ölkələrin strateji maraqları, həm də bölgənin gələcək geosiyasi mənzərəsinin formalaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə "Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq" deməsi də rəsmi Bakının mövcud İran hakimiyyəti ilə münasibətləri normallaşdırmaq niyyəti kimi qiymətləndirilə bilər.
Əldə olunmuş razılıqlar Azərbaycan-İran münasibətlərində hansı keyfiyyət dəyişiklikləri yaradacaq?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan Prezidentinin köməkçisinin bu səfəri Azərbaycan-İran münasibətlərində yeni səhifələr açacaq. İran siyasi elitasının bütün nümayəndələri ilə keçirilmiş görüşlərdə əldə olunmuş razılıqlar və aparılmış müzakirələr bunu deməyə əsas verir:
"Bu o deməkdir ki, görüşlər İran hakimiyyətinin müəyyən strukturlarının ölkəmiz əleyhinə başlatdığı kampaniyaların dayandırılması üçün zəmin yaradır".
Zahid Oruc bildirib ki, ölkələr arasında yaranmış diplomatik fasilə hər iki ölkənin siyasi elitaları tərəfindən dərindən təhlil olunub:
"Azərbaycan İran dövlətinin mənafelərinə ziyan vuracaq hər hansı addım atmayıb. Bununla belə İran tərəfindən son 4-5 il ərzində tarixi əlaqələri zədələyən addımların şahidi olmuşuq. Bu görüşlər dövlət rəhbərlərinin gələcək görüşləri üçün də imkan yaradacaq. Bu gün bölgə maraqları naminə region ölkələri üçüncü tərəflərin planlarının qarşısını almaq üçün birgə fəaliyyət göstərməlidirlər. Ermənistan vasitasilə regiondankənar qüvvələr bölgəmizə yerləşiblər. Bu, təkcə Azərbaycana qarşı yönəlməyib, eyni zamanda Rusiya və İran üçün də burada narahatlıq yaradacaq məqamlar var. Həmin qüvvələrin məqsədi geosiyasi toqquşmaları regionumuza gətirməkdir".
Zahir Oruc İran rəsmiləri ilə keçirilən görüşlərin bölgə üçün nəzərdə tutulmuş kommunikasiyaların fəaliyyətinə əngəl yaratmayacağına ümid edir:
"Azərbaycan Zəngəzur dəhlizinin açılmasının İrana qarşı olmadığını ən yüksək səviyyədə bəyan edib. Rusiya-Ukrayna savaşının yaratdığı logistik böhranlar fonunda yeni yollar, marşrut xətlərinin önəmi artıb. Bu baxımdan hesab edirəm ki, indi reallıq Azərbaycan-İran əlaqələrinin önəmini artırır".
Millət vəkilinin fikrincə, İran Azərbaycan-Ermənistan sülh danışıqlarında iştirak etməsə də, münasibətlərin normallaşması prosesində irəliləyişə nail olunmasına imkan verə bilər:
"Azərbaycan xarici siyasətini Ermənistanın müttəfiqlərini əlindən almaq üzərində qurmayıb. Ona görə də, İran-Azərbaycan əlaqələrinin yaxşılaşması sülh üçün perspektivləri gücləndirir".
Politoloq Elşən Manafov isə bildirib ki, Azərbaycan Prezidentinin köməkçisinin İran səfəri İran və Azərbaycan arasında münasibətlərin strareji tərəfdaşlıq çərçivəsinə keçirilməsi istiqamətində atılmış mühüm bir addım kimi dəyərləndirilə bilər:
"Bu dövlətlər arasında münasibətlər bir qayda olaraq mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində qurulub. Tərəflər regional təhlükəsizlik problemlərinin həllində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürulmuş "3+3" formatında əməkdaşlığın əhəmiyyətini qəbul edir və bu formatda əməkdaşlığa böyuk önəm verirlər. Bəlli dairələrin və qlobalistlərin regionla bağlı geosiyasi maraqları İran və Azərbaycan arasında münasibətlərin kəskinləşdirilməsinə yönəlsə də, dövlət rəhbərlərinin siyasi iradəsi və uzaqgörənliyi sahəsində islami dəyərlərə böyük sayğı ilə bağlı xalqları üzbəüz qoymaq istəyən qüvvələrin məkrli planları ifşa olunub. Azərbaycan prezidentinin qeyd etdiyi kimi dövlətlərimiz arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr regiondan kənar qüvvələrdirlər".
Politoloq qeyd edib ki, Hikmət Hacıyevin İrana səfəri zamanı hər iki tərəfin böyük maraq göstərdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri ilə bağlı problemlər ətrafında müzakirələr baş tutub:
"Şimal-Cənub nəqliyyat dəhlizi Rusiya və İranla yanaşı, Mərkəzi Asiya dövlətlərinin, hətta Çinin böyük maraq göstərdiyi layihələr sırasındadır, məlum layihənin icrası istiqamətində hazırda Azərbaycan üzərindən ciddi iş gedir. Rusiyanın maliyyə dəstəyi verdiyi bu dəhliz Qərbin marağında olmayan dəhlizlər sırasındadır və bölgədə nüfuz dairəsi uğrunda genişlənməkdə olan mübarizənin bəlli səbəblərindən biri də dəhlizlərə nəzarət, onlara çıxış yolları əldə etmək uğrundadır. Bu səfər göstərdi ki, Azərbaycan özünün iqtisadi mənfəəti, habelə regional və milli təhlükəsizlik maraqları ilə bağlı amillərdən çıxış edərək onunla əməkdaşlıqda maraqlı olan bütün tərəflərlə konstuktiv zəmində münasibətləri bundan sonra inkişaf etdirmək əzmindədir".