DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa ölkələri Trampı qəzəbləndirməkdən qorxur

© AP Photo / Evan VucciDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Abunə olmaq
Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, Avropa liderləri ABŞ-dan hələ də həddən artıq asılılığın mövcud olduğu bu sahədə müdafiənin effektivliyi məsələlərini müzakirə edəcəklər.
BAKI, 14 fevral — Sputnik. Bir çox Aİ ölkələri qorxur ki, ABŞ silahlarının idxalından imtina ABŞ prezidenti Donald Trampı "qəzəbləndirə" bilər. Bunu "Politico" diplomatik mənbələrə istinadən xəbər verir.
Brüsseldə Aİ ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitin gündəliyinə əsasən, müzakirələrdə özəl maliyyə vəsaitlərinin cəlb edilməsi, Aİ büdcəsinin optimallaşdırılması və qısa, orta və uzunmüddətli perspektivdə müdafiə təşəbbüslərinin birgə maliyyələşdirilməsinin digər variantlarının araşdırılması nəzərdə tutulur. Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, Avropa liderləri ABŞ-dan hələ də həddən artıq asılılığın mövcud olduğu bu sahədə müdafiənin effektivliyi məsələlərini müzakirə edəcəklər.

"Paris avropalı vergi ödəyicilərinin pullarının Avropada dizayn edilmiş və hazırlanmış hərbi sistemlərə xərclənməsi mövqeyini müdafiə edir. Lakin bir çox başqa ölkələr ABŞ silah istehsalçılarının Aİ subsidiyalarından kənarlaşdırılmasının ABŞ prezidenti Donald Trampı qəzəbləndirə biləcəyi barədə xəbərdarlıq edirlər", - məlumatda deyilir.

Fransadan fərqli olaraq, Almaniya, Polşa, Niderland və Baltikyanı ölkələr müttəfiqlərə yaxın olmaqda strateji maraqlara xidmət edirlər.
Avropa Şurasının məlumatına görə, 2024-cü ildə Aİ ölkələri müdafiəyə 326 milyard avro xərcləyib ki, bu da ÜDM-in 1,9%-ni təşkil edir. 2027-ci ilə qədər bu xərclərin daha 100 milyard avro artacağı gözlənilir.
Bununla belə, Aİ nümayəndələrinin özləri də qeyd edib ki, Avropanın müdafiə sektoru parçalanmış və səmərəsizdir, müdafiə ehtiyaclarının əhəmiyyətli bir hissəsi ilk növbədə ABŞ-dan idxal hesabına ödənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0