https://sputnik.az/20250203/turkiye-suriyada-iki-herbi-baza-quracaq-ve-orada-f-16-lari-yerlesdirecek-470350768.html
Türkiyə Suriyada iki hərbi baza quracaq və orada F-16-ları yerləşdirəcək
Türkiyə Suriyada iki hərbi baza quracaq və orada F-16-ları yerləşdirəcək
Sputnik Azərbaycan
Suriya və Türkiyə birgə müdafiə sazişi imzalayacaqlar. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T19:50+0400
2025-02-03T19:50+0400
2025-02-03T19:50+0400
f-16
dünya xəbərləri
türkiyə
suriya
hakan fidan
rəcəb tayyip ərdoğan
dəməşq
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1d/425065517_0:71:2000:1196_1920x0_80_0_0_78f567d53688e8ce2dadbc9f15ea334a.jpg
BAKI, 3 fevral — Sputnik. Türkiyə hakimiyyəti Suriyada iki hərbi baza qurub, orada F-16 qırıcıları yerləşdirə bilər. Bu barədə Türkiyənin "Türkiye" nəşri bəzi ərəb mənbələrinə istinadən xəbər verir. Jurnalistlərin fikrincə, bu, iki ölkə arasında yaxın zamanda imzalanacaq birgə müdafiə haqqında saziş çərçivəsində baş verəcək. Sənədə əsasən, Türkiyə Dəməşqə qəfil təhdidlərlə üzləşdiyi təqdirdə yardım etməli olacaq, həmçinin suriyalı hərbçilərə və pilotlara təlim keçəcək. "Türkiyə Suriyada iki hərbi baza quracaq. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün tikinti başa çatana qədər bu bazalarda 50 ədəd F-16 qırıcısını yerləşdirəcək", - nəşr yazır. Yanvarın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb. Nazirlər Suriyadakı vəziyyəti, eləcə də digər regional məsələləri müzakirə ediblər. Bu yaxınlarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəzi qüvvələrin Suriyanı ələ keçirməyi asanlaşdırmaq üçün onu üç yerə bölməyə çalışdığını bildirib. Lakin Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək və bu cür hadisələrin qarşısını almaq üçün tədbirləri tez bir zamanda görməyə hazırdır.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1d/425065517_203:0:2000:1348_1920x0_80_0_0_08a6698c33a1a0ddc34e7e8bba6fc769.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
f-16, türkiyə, suriya, hakan fidan, rəcəb tayyip ərdoğan, dəməşq
f-16, türkiyə, suriya, hakan fidan, rəcəb tayyip ərdoğan, dəməşq
Türkiyə Suriyada iki hərbi baza quracaq və orada F-16-ları yerləşdirəcək
Suriya və Türkiyə birgə müdafiə sazişi imzalayacaqlar.
BAKI, 3 fevral — Sputnik. Türkiyə hakimiyyəti Suriyada iki hərbi baza qurub, orada F-16 qırıcıları yerləşdirə bilər.
Bu barədə Türkiyənin "Türkiye" nəşri bəzi ərəb mənbələrinə istinadən xəbər verir.
Jurnalistlərin fikrincə, bu, iki ölkə arasında yaxın zamanda imzalanacaq birgə müdafiə haqqında saziş çərçivəsində baş verəcək. Sənədə əsasən, Türkiyə Dəməşqə qəfil təhdidlərlə üzləşdiyi təqdirdə yardım etməli olacaq, həmçinin suriyalı hərbçilərə və pilotlara təlim keçəcək.
"Türkiyə Suriyada iki hərbi baza quracaq. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün tikinti başa çatana qədər bu bazalarda 50 ədəd F-16 qırıcısını yerləşdirəcək", - nəşr yazır.
Yanvarın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb. Nazirlər Suriyadakı vəziyyəti, eləcə də digər regional məsələləri müzakirə ediblər.
Bu yaxınlarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəzi qüvvələrin Suriyanı ələ keçirməyi asanlaşdırmaq üçün onu üç yerə bölməyə çalışdığını bildirib. Lakin Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək və bu cür hadisələrin qarşısını almaq üçün tədbirləri tez bir zamanda görməyə hazırdır.