CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Televiziyalarda arvad boğuşmasında, şou proqramda həkimlərin reklamı gedir" - Aqil Abbas

© Sputnik / Elvin AhmadTelevizora baxan adam, arxiv
Televizora baxan adam, arxiv - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Deputat deyib ki, son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var.
BAKI, 3 fevral— Sputnik. "Sovet vaxtı hansısa həkim haqqında xoş söz demək də qadağan idi. İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramda həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır".
Bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas çıxış edərək deyib.
"Həkim reklamı düz deyil. İstərdim ki, yaz sessiyasının işlər planında "Reklam haqqında" qanuna yenidən baxılsın. Düzdür, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq. Çünki onlar arvad davasından və reklamdan qazanır".
Qeyd edək ki, deputat Musa Quliyev də Milli Məclisin plenar iclasında bildirib ki, həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur.
"Bir sıra televiziya kanallarının şou proqramlarında tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmadan reklam edilməsi qalsın bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə, biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi diantalogiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur", millət vəkili əlavə edib.
Xəbər lenti
0