Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Suriya bizim üçün mənəvi Vətəndir" - Hikmət Babaoğludan maraqlı çağırış

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidDəməşqə mənzərə, arxiv
Dəməşqə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Deputat vurğulayıb ki, bu gün Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir.
BAKI, 3 fevral— Sputnik. "Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir".
Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Suriya bizim üçün mənəvi Vətəndir: "Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik".
O vurğulayıb ki, Suriya Azərbaycan üçün uzaq coğrafiya deyil:
"Əgər XIV əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini ora aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir. Ona görə də düşünürəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb".
Xəbər lenti
0