https://sputnik.az/20250203/sotlandiya-mehkemesi-simal-denizinde-neft-ve-qaz-layihesi-icazelerini-legv-edib-470345558.html
Şotlandiya məhkəməsi Şimal dənizində neft və qaz layihəsi icazələrini ləğv edib
Şotlandiya məhkəməsi Şimal dənizində neft və qaz layihəsi icazələrini ləğv edib
Sputnik Azərbaycan
"Rosebank" layihəsinin 2026-2027-ci illərdə, "Jackdaw" layihəsinin isə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılıb. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T21:37+0400
2025-02-03T21:37+0400
2025-02-03T21:37+0400
şotlandiya
neft-qaz
məhkəmə
məhkəmə
şimal dənizi
neft
qaz
layihə
layihə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660046_0:161:3068:1887_1920x0_80_0_0_1782f63c0080c9cf5b2b883001f424e0.jpg
BAKI, 3 fevral — Sputnik. Şotlandiyanın Sessiya Məhkəməsi ölkənin ən böyük neft-qaz yatağı olan "Rosebank" və Şimal dənizindəki "Jackdaw" qaz yatağının işlənməsi üçün əvvəlki Böyük Britaniya hökumətinin icazəsinə yenidən baxılmasını tələb edən fəalların iddialarını təmin edib. Bu barədə "RİA Novosti" xəbər verib. Xüsusilə, "Greenpeace"* hərəkatının və "Uplift" assosiasiyasının fəalları iddia ediblər ki, layihələr üçün icazələr verilərkən dolayı emissiyalar nəzərə alınmayıb. Nəticədə məhkəmə sənədləri qanunsuz hesab edib. "NQİ (Neft və Qaz İdarəsi) tərəfindən verilmiş razılığın təsdiq edilməsi haqqında energetika nazirinin qərarı ləğv edilsin; "NQİ-nın verdiyi razılıq ləğv edilsin" - Agentlik hakimin qərarından sitat gətirib. Qeyd olunub ki, NQİ-ni əvəz edən Böyük Britaniya Şimal Dəniz Təşkilatı (NSTA) və Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Departamenti yenidən icazə verməli olacaq, lakin bu dəfə emissiyaları nəzərə alınmalıdır. Nə qədər ki, hakimiyyət bu məsələni həll edəcək, şirkətlərin yataqlardan hasilat etmək hüququ yoxdur. Britaniya hökuməti "Shell" neft şirkətinə 2022-ci ildə "Jackdaw" yatağının işlənməsi üçün icazə verib. Enerji şirkətləri "Equinor" və "Ithaca"nın "Rosebank"ı inkişaf etdirmək layihələri 2023-cü ildə səlahiyyətlilər tərəfindən təsdiqlənib. "Rosebank" layihəsinin 2026-2027-ci illərdə, "Jackdaw" layihəsinin isə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılıb. * Təşkilat Rusiya ərazisində arzuolunmaz kimi tanınır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660046_169:0:2900:2048_1920x0_80_0_0_1c2c28f10ef364f0c9d915ce21801a49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
şotlandiya, məhkəmə, məhkəmə, şimal dənizi, neft, qaz, layihə, layihə
şotlandiya, məhkəmə, məhkəmə, şimal dənizi, neft, qaz, layihə, layihə
Şotlandiya məhkəməsi Şimal dənizində neft və qaz layihəsi icazələrini ləğv edib
"Rosebank" layihəsinin 2026-2027-ci illərdə, "Jackdaw" layihəsinin isə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılıb.
BAKI, 3 fevral — Sputnik. Şotlandiyanın Sessiya Məhkəməsi ölkənin ən böyük neft-qaz yatağı olan "Rosebank" və Şimal dənizindəki "Jackdaw" qaz yatağının işlənməsi üçün əvvəlki Böyük Britaniya hökumətinin icazəsinə yenidən baxılmasını tələb edən fəalların iddialarını təmin edib.
Bu barədə "RİA Novosti" xəbər verib.
Xüsusilə, "Greenpeace"* hərəkatının və "Uplift" assosiasiyasının fəalları iddia ediblər ki, layihələr üçün icazələr verilərkən dolayı emissiyalar nəzərə alınmayıb. Nəticədə məhkəmə sənədləri qanunsuz hesab edib.
"NQİ (Neft və Qaz İdarəsi) tərəfindən verilmiş razılığın təsdiq edilməsi haqqında energetika nazirinin qərarı ləğv edilsin; "NQİ-nın verdiyi razılıq ləğv edilsin" - Agentlik hakimin qərarından sitat gətirib.
Qeyd olunub ki, NQİ-ni əvəz edən Böyük Britaniya Şimal Dəniz Təşkilatı (NSTA) və Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Departamenti yenidən icazə verməli olacaq, lakin bu dəfə emissiyaları nəzərə alınmalıdır. Nə qədər ki, hakimiyyət bu məsələni həll edəcək, şirkətlərin yataqlardan hasilat etmək hüququ yoxdur.
Britaniya hökuməti "Shell" neft şirkətinə 2022-ci ildə "Jackdaw" yatağının işlənməsi üçün icazə verib. Enerji şirkətləri "Equinor" və "Ithaca"nın "Rosebank"ı inkişaf etdirmək layihələri 2023-cü ildə səlahiyyətlilər tərəfindən təsdiqlənib. "Rosebank" layihəsinin 2026-2027-ci illərdə, "Jackdaw" layihəsinin isə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılıb.
* Təşkilat Rusiya ərazisində arzuolunmaz kimi tanınır.