https://sputnik.az/20250203/rusiya-ile-serhedyani-erazilere-nezaret-guclendirilir-postlar-qurulur-470362116.html
Rusiya ilə sərhədyanı ərazilərə nəzarət gücləndirilir, postlar qurulur
Rusiya ilə sərhədyanı ərazilərə nəzarət gücləndirilir, postlar qurulur
Sputnik Azərbaycan
Əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T16:40+0400
2025-02-03T16:40+0400
2025-02-03T16:40+0400
rusiya
azərbaycan xəbərləri
azərtac
quba
xaçmaz
balakən
zaqatala
qax
şəki
oğuz
https://cdnn1.img.sputnik.az/img/42350/72/423507263_0:157:3080:1890_1920x0_80_0_0_61c24fd6b69b11c1b23cc12ca481da22.jpg
BAKI, 3 fevral — Sputnik. Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır. Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub. Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir. Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42350/72/423507263_175:0:2906:2048_1920x0_80_0_0_76f1eadd587ff0caa8d9adfa2b701190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərtac, quba, xaçmaz, balakən, zaqatala, qax, şəki, oğuz
rusiya, azərtac, quba, xaçmaz, balakən, zaqatala, qax, şəki, oğuz
Rusiya ilə sərhədyanı ərazilərə nəzarət gücləndirilir, postlar qurulur
Əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
BAKI, 3 fevral — Sputnik. Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.