DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Robert Kennedinin xanımı ərinə Morze əlifbası ilə işarələr göndərməkdə şübhəli bilinir

© AP Photo / Meg KinnardKiçik Robert Kennedi
Kiçik Robert Kennedi  - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Siyasətçi açılış nitqinə başlayanda həyat yoldaşı, keçmiş televiziya ulduzu Şeril Hayns qəribə şəkildə və tez-tez gözlərini qırpmağa başlayıb.
BAKI, 3 fevral — Sputnik. ABŞ Prezidenti Donald Trampın müttəfiqi kiçik Robert Kennedinin ABŞ Senatındakı çıxışının yayımını izləyənlər həyat yoldaşının Morze əlifbasından istifadə edərək ona eyhamlar verdiyindən şübhələniblər.
Bu barədə xarici KİV xəbər verib.
Siyasətçi açılış nitqinə başlayanda həyat yoldaşı, keçmiş televiziya ulduzu Şeril Hayns qəribə şəkildə və tez-tez gözlərini qırpmağa başlayıb. Həmin an ətrafdakıların gözünü qırpmadığı qeyd edilib ki, bu da kameraların parlaq yanıb-sönməsi ilə bağlı versiyanı istisna edir.
Onlayn istifadəçilər ehtimal ediblər ki, Hayns ərini düzgün cavablar üçün sövq etmək məqsədi ilə Morze əlifbasından istifadə etməyə çalışıb.
Bundan əvvəl kiçik Kennedi Ukraynanın döyüş meydanında məğlub olacağını proqnozlaşdırmışdı.
Xəbər lenti
0