https://sputnik.az/20250203/ran-azerbaycanla-munasibetlerinin-yaxsiya-dogru-duzeleceyine-umid-edir-470364572.html
İran Azərbaycanla münasibətlərinin yaxşıya doğru düzələcəyinə ümid edir
İran Azərbaycanla münasibətlərinin yaxşıya doğru düzələcəyinə ümid edir
Sputnik Azərbaycan
İsmayıl Bəqai Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T20:54+0400
2025-02-03T20:54+0400
2025-02-03T20:54+0400
iran
siyasət
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_0:0:3318:1867_1920x0_80_0_0_93e37cc3647f6912cccc302f34d15c53.jpg
BAKI, 3 fevral — Sputnik. Ümid edirik ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib. "Bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya son səfərindən sonra baş tutub. Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaqdır", - sözçü vurğulayıb. Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün önəmli olduğunu qeyd edib: "İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazıdır". Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib. Səfər zamanı İran hakimiyyətinin nümayəndələri ilə görüşlər baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_587:0:3318:2048_1920x0_80_0_0_63b6194dd9876cd22448db8b9864fd3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
iran, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
İran Azərbaycanla münasibətlərinin yaxşıya doğru düzələcəyinə ümid edir
İsmayıl Bəqai Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib.
BAKI, 3 fevral — Sputnik. Ümid edirik ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib.
"Bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya son səfərindən sonra baş tutub. Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaqdır", - sözçü vurğulayıb.
Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün önəmli olduğunu qeyd edib: "İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazıdır".
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib. Səfər zamanı İran hakimiyyətinin nümayəndələri ilə görüşlər baş tutub.