https://sputnik.az/20250203/putin-bugunku-almanlar-hitlerin-cinayetlerine-gore-mesuliyyet-dasimirlar-470363252.html
Putin: Bugünkü almanlar Hitlerin cinayətlərinə görə məsuliyyət daşımırlar
Putin: Bugünkü almanlar Hitlerin cinayətlərinə görə məsuliyyət daşımırlar
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin almanların nə indiki, nə də gələcək nəsillərinin Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməli olduqlarını qeyd edib. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T17:44+0400
2025-02-03T17:44+0400
2025-02-03T17:44+0400
rusiya
putin
vladimir putin
hitler
adolf hitler
alman
alman faşizmi
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469519203_0:0:3055:1719_1920x0_80_0_0_ba183cd80f14f04dd8f9b4b7006dfd42.jpg
BAKI, 3 fevral — Sputnik. Almanların indiki və gələcək nəsilləri nasistlər dövründə törədilən cinayətlərə görə məsuliyyət daşımır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "İndiki Alman cəmiyyətinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Təbii ki, tarixi yaddaş qorunmalıdır və biz bunu unuda bilmərik. Bununla belə, mənim fikrimcə, 1930-1940-cı illərin hadisələrində müasir almanları günahlandırmaq ədalətsizlikdir" - prezident Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib. Eyni zamanda Putin vurğulayıb ki, bu, onun şəxsi nöqteyi-nəzəridir və buna müxtəlif cür yanaşmaq olar. "Əminəm ki, insanlar bunu fərqli qəbul edəcəklər. Mən özüm Almaniyada yaşamışam və hələ də orada çoxlu dostlarım var. Onların nasist keçmişinə necə yanaşdıqlarını bilirəm" – Putin sözünə davam edib. O, həmçinin qeyd edib ki, həmin dövrdə baş verən hadisələrə görə almanlar özlərini günahkar hiss edirlər. "Ancaq bir daha vurğulamaq istəyirəm: nə indiki, nə də gələcək nəsillər Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməlidirlər" - prezident sözünü yekunlaşdırıb. Bundan əvvəl Putin nasizm üzərində qələbə ilə bağlı tarixi həqiqəti qorumağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469519203_324:0:3055:2048_1920x0_80_0_0_063f12eaa3a75fdf1d944c2146b52454.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, vladimir putin, hitler, adolf hitler, alman, alman faşizmi
putin, vladimir putin, hitler, adolf hitler, alman, alman faşizmi
Putin: Bugünkü almanlar Hitlerin cinayətlərinə görə məsuliyyət daşımırlar
Rusiya Prezidenti Vladimir Putin almanların nə indiki, nə də gələcək nəsillərinin Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməli olduqlarını qeyd edib.
BAKI, 3 fevral — Sputnik. Almanların indiki və gələcək nəsilləri nasistlər dövründə törədilən cinayətlərə görə məsuliyyət daşımır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"İndiki Alman cəmiyyətinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Təbii ki, tarixi yaddaş qorunmalıdır və biz bunu unuda bilmərik. Bununla belə, mənim fikrimcə, 1930-1940-cı illərin hadisələrində müasir almanları günahlandırmaq ədalətsizlikdir" - prezident Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib.
Eyni zamanda Putin vurğulayıb ki, bu, onun şəxsi nöqteyi-nəzəridir və buna müxtəlif cür yanaşmaq olar.
"Əminəm ki, insanlar bunu fərqli qəbul edəcəklər. Mən özüm Almaniyada yaşamışam və hələ də orada çoxlu dostlarım var. Onların nasist keçmişinə necə yanaşdıqlarını bilirəm" – Putin sözünə davam edib.
O, həmçinin qeyd edib ki, həmin dövrdə baş verən hadisələrə görə almanlar özlərini günahkar hiss edirlər.
"Ancaq bir daha vurğulamaq istəyirəm: nə indiki, nə də gələcək nəsillər Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməlidirlər" - prezident sözünü yekunlaşdırıb.
Bundan əvvəl Putin nasizm üzərində qələbə ilə bağlı tarixi həqiqəti qorumağa çağırıb.