https://sputnik.az/20250203/gunesde-bir-sira-guclu-partlayislar-bas-verib-470363539.html
Günəşdə bir sıra güclü partlayışlar baş verib
Günəşdə bir sıra güclü partlayışlar baş verib
Sputnik Azərbaycan
Şimal yarımkürəsində günəş ləkələrini görmək mümkündür. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T22:42+0400
2025-02-03T22:42+0400
2025-02-03T22:42+0400
günəş
dünya xəbərləri
partlayış
rusiya elmlər akademiyası astronomiya institutunun əməkdaşı
rusiya elmlər akademiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460991492_0:0:3640:2048_1920x0_80_0_0_fd801f2d9145ae33de3d65ebf01565dc.jpg
BAKI, 3 fevral — Sputnik. Günəşdə fevralın 3-də sondan əvvəlki güc sinfinin yeddi partlayışı baş verib. Bu barədə "TASS" Tətbiqi Geofizika İnstitutundan daxil olan məlumata istinadən bildirilib. Ən güclü partayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də baş verib. Tətbiqi Geofizika İnstitutunun (IPG) məlumatına görə, partayış 12 dəqiqə davam edib. Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında verilən məlumatlara görə, hazırda partlayış aktivliyi indeksi 10 ballıq şkala üzrə 8,7 səviyyəsindədir. Yaxın iki gün ərzində "X" sinifli partlayışlarının yüksək olacağı gözlənilir. Alimlərin fikrincə, Günəşin aktivliyindəki artım qlobal xarakter daşıyır. Dünən, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar qeydə alınıb, bu gecə isə daha bir partlayış baş verib. Aktiv mərkəzlər mərkəzi meridiana çatıb, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir. Astrofizika sahəsi üzrə mütəxəssis Sergey Boqaçov hesab edir ki, 2025-ci ilin yayında Günəşin aktivliyi maksimum həddə çatacaq. Bu, planetimiz üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460991492_199:0:2930:2048_1920x0_80_0_0_ac6584771aa56bec60a7673ff2d7f563.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş, partlayış, rusiya elmlər akademiyası astronomiya institutunun əməkdaşı, rusiya elmlər akademiyası
günəş, partlayış, rusiya elmlər akademiyası astronomiya institutunun əməkdaşı, rusiya elmlər akademiyası
Günəşdə bir sıra güclü partlayışlar baş verib
Şimal yarımkürəsində günəş ləkələrini görmək mümkündür.
BAKI, 3 fevral — Sputnik. Günəşdə fevralın 3-də sondan əvvəlki güc sinfinin yeddi partlayışı baş verib.
Bu barədə "TASS" Tətbiqi Geofizika İnstitutundan daxil olan məlumata istinadən bildirilib.
Ən güclü partayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də baş verib. Tətbiqi Geofizika İnstitutunun (IPG) məlumatına görə, partayış 12 dəqiqə davam edib.
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında verilən məlumatlara görə, hazırda partlayış aktivliyi indeksi 10 ballıq şkala üzrə 8,7 səviyyəsindədir. Yaxın iki gün ərzində "X" sinifli partlayışlarının yüksək olacağı gözlənilir.
Alimlərin fikrincə, Günəşin aktivliyindəki artım qlobal xarakter daşıyır. Dünən, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar qeydə alınıb, bu gecə isə daha bir partlayış baş verib. Aktiv mərkəzlər mərkəzi meridiana çatıb, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir.
Astrofizika sahəsi üzrə mütəxəssis Sergey Boqaçov hesab edir ki, 2025-ci ilin yayında Günəşin aktivliyi maksimum həddə çatacaq. Bu, planetimiz üçün gözlənilməz nəticələrə səbəb ola bilər.