DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya meşələrində ağacların qırılması halları artıb

© Getty Images / bauwimauwiMeşə, arxiv
Meşə, arxiv - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Rusiyadan taxta idxalının dayandırılması ilə əlaqədar olaraq, Finlandiyada yerli ağaclara tələbat artıb və qiymətlər də 10% qalxıb.
BAKI, 3 fevral — Sputnik. Rusiyadan ağac tədarükü dayandırıldığı üçün Finlandiya meşələrində ağackəsmə həcmini artırıb.
Bunu Finlandiya Meşə Mərkəzi (Metsäkeskus) xəbər verib.
"Rusiya Federasiyasından taxta idxalının dayandırılması ilə əlaqədar olaraq, yerli ağaclara tələbat artıb. Bu, demək olar ki, 10% qiymət artımına səbəb olub" -hesabatda bildirilib.
Hesabatda deyilir ki, ağac məmulatlarının qiymətləri 20% artıb.
Meşə Mərkəzindən verilən məlumata görə, ötən il şəxsi meşələrdə ağacların kəsilməsinin həcmi, təqribən 65 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 11 milyon kubmetr, 2021-ci pik ilindən isə 7,5 milyon kubmetr çoxdur.
Daha əvvəl xarici KİV məlumat verib ki, Finlandiyanın meşə kəsimi sənayesi Rusiya Federasiyasından taxta idxalının azalması səbəbindən çətinliklər yaşayır. Ölkədə taxta qiymətləri hər il orta hesabla 10% artmaqda davam edir.
Qeyd edək ki, 2024-cü ilin sonunda Finlandiyada sənaye müəssisələrində tətillər baş verdiyi bildirilib. 50-yə yaxın şirkətin işçiləri maaşlarının artırılmasını tələb ediblər.
Xəbər lenti
0