CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili Qoşunların və DSX-nın 20 il xidmət edən hərbçilərinə mənzil verilməsi təklif edilib

© iStock.com / simpson33Mənzil açarı, arxiv
Mənzil açarı, arxiv - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Deputat bildirib ki, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə mənzil verilir.
BAKI, 3 fevral— Sputnik. Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq.
Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:
"Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Milli Məclisin qanunvericilik işlər planında 3 mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsidir. Bu qanun layihəsi hazırlanarkən həm də "Silahlı Qüvvələr haqqında" qanuna və "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə diqqət yetirilməlidir. Qanunlara dəyişiklik edəndə anlaşmazlıqlar olmasın deyə, biz onlarla müqavilə imzalamalıyıq. Yəni hərbçi hərb peşəsini seçəndə bilməlidir ki, o, 20 il xidmətdən sonra ona mənzil veriləcək, həyatını itirsə, ailəsi hansı sığorta pulunu alacaq, əməkhaqqısı necə indeksləşdiriləcək. Ona görə onlarla əmək müqaviləsinin bağlanması məsələsini qanunvericiliyə gətirsək, bu məsələlər öz həllini tapar".
Xəbər lenti
0