https://sputnik.az/20250203/coreyin-qiymeti-qalxib-yoxsa-cekisi-65-qepiye-satilan-corekle-bagli-aciqlama-470356394.html
Çörəyin qiyməti qalxıb, yoxsa çəkisi? 65 qəpiyə satılan çörəklə bağlı açıqlama
Çörəyin qiyməti qalxıb, yoxsa çəkisi? 65 qəpiyə satılan çörəklə bağlı açıqlama
Sputnik Azərbaycan
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov deyib ki, əslində çörəyin qiyməti yox, çəkisi dəyişib. 03.02.2025, Sputnik Azərbaycan
2025-02-03T15:17+0400
2025-02-03T15:17+0400
2025-02-03T15:17+0400
çörək
cəmiyyət
nur
azad istehlakçılar birliyi
eyyub hüseynov
azad istehlakçılar birliyinin sədri eyyub hüseynov
dizel
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914045_0:103:2000:1228_1920x0_80_0_0_8ff536532bcd1673b66bfff85fc05751.jpg
BAKI, 3 fevral — Sputnik. "Çörəyin qiyməti bahalaşmayıb. 510 qramlıq çörəklər yenə də 55 qəpiyə satılır. Biz bazara yeni çəkidə çörək çıxartmışıq. 620 qram çəkisi olan çörəyin qiyməti 65 qəpik müəyyənləşib". Bunu Sputnik Azərbaycan-a "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov söyləyib. Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə "Nur" çörək zavodunun istehsal etdiyi çörəyin qiymətinin bahalaşdığı barədə məlumatlar yayılıb. S. Cabbarov isə bildirib ki, fevralın 1-dən zavod satışa yeni çəkidə çörək təqdim edib. "Çörək elə məhsuldur ki, anbara vurulmur. İstehsaldan birbaşa piştaxtaya çıxardılır. Bazarda isə fərqli çəkidə çörəklərə təlabat var. Bizim bazara təqdim etdiyimiz yeni çeşiddir. Yeni çeşid çörəyin çəkisi 620 qramdır. Çörəyin çəkisi çox olduğu üçün ona uyğun da qiymət müəyyənləşib. Bu o demək deyil ki, çörək bahalaşıb. Yenə də satışda 510 qramlıq çörəklər var. Onların qiyməti əvvəlki kimi 55 qəpikdir. 620 qramlıq yeni istehsal olunan çörək isə 65 qəpiyə təklif olunur. Bu bazarın təlabatıdır. Bazarda daha artıq çəkidə çörəyə təlabat olduğundan, biz yeni çeşid məhsul istehsalına başlamışıq", deyə zavod direktoru bildirib. Müsahibimiz bildirib ki, əslində yeni istehsal olunan 620 qramlıq çörək alıcılara daha sərfəlidir. S. Cabbarov onu da əlavə edib ki, son üç ayda bir sıra mal və məhsulların qiyməti bahalaşsa da, çörəyin qiyməsi sabit qalıb: Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a bildirib ki, əslində çörəyin qiymətini bazar müəyyənləşdirməli olsa da, sosial çörək adlanan zavod çörəklərinin qiyməti dövlət tərəfindən sabit saxlanılır. Eyyub Hüseynovun sözlərinə görə, hazırda satışda qiyməti iki-üç manata olan çörəklər də var. O, bildirib ki, çörək istehsalçıları ən çox cərimələrə pul xərcləyir. AİB sədri bildirib ki, mağazalara çörək daşıyan avtomobillər dayanma-durma qaydası pozuntusuna görə tez-tez cərimələnir. Bu isə çörək istehsalçılarının gəlirlərinə ciddi təsir edir. Nəticədə çörəyin qiymətində bahalaşma baş verir. O, son vaxtlar çörəyin çəkisi ilə bağlı ciddi problemlərin olmadığını söyləyib. Bildirib ki, hazırda onları narahat edən əsas məqam saxlama müddəti keçsə də xarab olmayan çörəklərdir. "Çörəyin saxlama müddəti 72 saatdır. Amma satışda elə çörəklər var ki, saxlama müddəti başa çatsa da xarab olmur. Bu, onların tərkibinə kimyəvi maddə vurulduğundan xəbər verir. Çörəklərə qurumamaq üçün kimyəvi maddə qatırlar. Digər məsələ isə tez xarab olan içəri yapışqan çörəklərdir ki, onlar mədə-bağırsaq üçün təhlükəlidir", deyə Eyyub Hüseynov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914045_114:0:1887:1330_1920x0_80_0_0_b2b526ac99d5fe370673b4191f06f1f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çörək, nur, azad istehlakçılar birliyi, eyyub hüseynov, azad istehlakçılar birliyinin sədri eyyub hüseynov, dizel
çörək, nur, azad istehlakçılar birliyi, eyyub hüseynov, azad istehlakçılar birliyinin sədri eyyub hüseynov, dizel
Çörəyin qiyməti qalxıb, yoxsa çəkisi? 65 qəpiyə satılan çörəklə bağlı açıqlama
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov deyib ki, əslində çörəyin qiyməti yox, çəkisi dəyişib.
BAKI, 3 fevral — Sputnik. "Çörəyin qiyməti bahalaşmayıb. 510 qramlıq çörəklər yenə də 55 qəpiyə satılır. Biz bazara yeni çəkidə çörək çıxartmışıq. 620 qram çəkisi olan çörəyin qiyməti 65 qəpik müəyyənləşib".
Bunu Sputnik Azərbaycan-a "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov söyləyib.
Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə "Nur" çörək zavodunun istehsal etdiyi çörəyin qiymətinin bahalaşdığı barədə məlumatlar yayılıb.
S. Cabbarov isə bildirib ki, fevralın 1-dən zavod satışa yeni çəkidə çörək təqdim edib.
"Çörək elə məhsuldur ki, anbara vurulmur. İstehsaldan birbaşa piştaxtaya çıxardılır. Bazarda isə fərqli çəkidə çörəklərə təlabat var. Bizim bazara təqdim etdiyimiz yeni çeşiddir. Yeni çeşid çörəyin çəkisi 620 qramdır. Çörəyin çəkisi çox olduğu üçün ona uyğun da qiymət müəyyənləşib. Bu o demək deyil ki, çörək bahalaşıb. Yenə də satışda 510 qramlıq çörəklər var. Onların qiyməti əvvəlki kimi 55 qəpikdir. 620 qramlıq yeni istehsal olunan çörək isə 65 qəpiyə təklif olunur. Bu bazarın təlabatıdır. Bazarda daha artıq çəkidə çörəyə təlabat olduğundan, biz yeni çeşid məhsul istehsalına başlamışıq", deyə zavod direktoru bildirib.
Müsahibimiz bildirib ki, əslində yeni istehsal olunan 620 qramlıq çörək alıcılara daha sərfəlidir.
S. Cabbarov onu da əlavə edib ki, son üç ayda bir sıra mal və məhsulların qiyməti bahalaşsa da, çörəyin qiyməsi sabit qalıb:
"Dizelin qiyməti bahalaşıb. Suyun, qazın, işığın da qiyməti artıb. Yol hərəkəti qaydaları pozuntularına görə də cərimələr dəfələrlə qalxıb. Bircə çörəyin qiyməti dəyişməz qalıb. Mal və məhsullar bahalaşdığından işçilərin əmək haqları da artıb. Amma biz çörəyin qiymətini bahalaşdırmırıq. Satışda 100 -dən çox çeşiddə çörək var. Doğranmış, qablaşdırılmış, az və çox çəkili çörəklərin hərəsinin öz qiyməti var. Bu gün əsas təlabat zavod çörəklərinədir ki, onun da qiyməti dəyişməz qalıb".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a bildirib ki, əslində çörəyin qiymətini bazar müəyyənləşdirməli olsa da, sosial çörək adlanan zavod çörəklərinin qiyməti dövlət tərəfindən sabit saxlanılır.
"Çörək istehsalçıları bunu deməsə də, hər kəsə bəllidir ki, zavod çörəklərinin qiymətini qalxmağa dövlət icazə vermir. Əslində bu da düz siyasət deyil. Çörək istehsalçılarına basqı olmasa, bazarda bolluq və rəqabət olar".
Eyyub Hüseynovun sözlərinə görə, hazırda satışda qiyməti iki-üç manata olan çörəklər də var.
O, bildirib ki, çörək istehsalçıları ən çox cərimələrə pul xərcləyir. AİB sədri bildirib ki, mağazalara çörək daşıyan avtomobillər dayanma-durma qaydası pozuntusuna görə tez-tez cərimələnir. Bu isə çörək istehsalçılarının gəlirlərinə ciddi təsir edir. Nəticədə çörəyin qiymətində bahalaşma baş verir.
O, son vaxtlar çörəyin çəkisi ilə bağlı ciddi problemlərin olmadığını söyləyib. Bildirib ki, hazırda onları narahat edən əsas məqam saxlama müddəti keçsə də xarab olmayan çörəklərdir.
"Çörəyin saxlama müddəti 72 saatdır. Amma satışda elə çörəklər var ki, saxlama müddəti başa çatsa da xarab olmur. Bu, onların tərkibinə kimyəvi maddə vurulduğundan xəbər verir. Çörəklərə qurumamaq üçün kimyəvi maddə qatırlar. Digər məsələ isə tez xarab olan içəri yapışqan çörəklərdir ki, onlar mədə-bağırsaq üçün təhlükəlidir", deyə Eyyub Hüseynov bildirib.