CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda həkim reklamı qadağan edilməlidir - Musa Quliyev

© iStock.com / Morsa ImagesHəkim xəstəxni müayinə edir, arxiv
Həkim xəstəxni müayinə edir, arxiv - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Deputat bildirib ki, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır. Bizdə də qadağan olunmalıdır.
BAKI, 3 fevral— Sputnik. ""Reklam haqqında" qanuna dəyişiklik edilsin və tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, müəyyənləşsin".
Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır: "Bizdə də qadağan olunmalıdır".
Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurasının hüquq şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, həkimlərin efirdə reklamına qanunvericiliklə məhdudiyyətlər yoxdur. Şöbədən verilən məlumata görə, bu məsələ "Reklam haqqında" qanunun 29-cu maddəsi ilə tənzimlənir:
"Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı" ilə bağlı maddədə qeyd edilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buraya donor orqanların reklamı da aiddir. Həmçinin kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir".
Göründüyü kimi qanunvericilik həkimlərin efirlərdə reklamını qadağan etmir.
Teletənqidçi, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərin reklamı etik qaydalar əsasında aparılmalıdır.
"Həkimləri fərqləndirərək daha yaxşı həkim kimi təqdim etmək düzgün deyil. Amma tibb müəssisələrinin hər hansı verlişə sponsorluq etməsində, eləcə də həkimlərin pul qarşılığında efirə çıxardılaraq reklam edilməsində qanunsuzluq yoxdur", professor bildirib.
Xəbər lenti
0