DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya dərin iqtisadi böhran içindədir

© AP Photo / Michael SohnAlmaniya
Almaniya - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Peter Lyaybinqer əlavə edib ki, peşəkar karyerası ərzində sənaye şirkətlərində belə pis əhval-ruhiyyənin olduğunu xatırlamır.
BAKI, 3 fevral — Sputnik. Alman Sənayeləri Federal Assosiasiyasının (BDI) rəhbəri Peter Lyaybinqer Almaniyanın dərin iqtisadi böhran vəziyyətində olduğunu və 2025-ci ildə ölkədə istehsal həcminin azala biləcəyini bildirib.
Bu barədə "RİA Novosti" xəbər verib.
"Almaniya dərin iqtisadi böhran içindədir. Bu il istehsal həcminin bir qədər azalacağı gözlənilir. Bu rəqəmlər vəziyyətin ciddiliyini vurğulayır: sənayedə artım struktur dönüşə məruz qalıb" - Peter Lyaybinqer Berlində mətbuat konfransı zamanı deyib.
BDI rəhbərinin sözlərinə görə, Almaniya iqtisadiyyatında böhranın yaranmasının əsas səbəbi ölkənin biznes yeri kimi struktur çatışmazlıqlarıdır. Peter Lyaybinqer əlavə edib ki, peşəkar karyerası ərzində sənaye şirkətlərində belə pis əhval-ruhiyyənin olduğunu xatırlamır.
"BDI gələcək Almaniya hökumətini dərhal yardım siqnalları göndərməyə və böyümə və rəqabət qabiliyyətinin gücləndirilməsi proqramını qətiyyətlə irəli sürməyə çağırır" - BDI prezidenti bildirib.
Bundan əvvəl tarix elmləri namizədi Oleq İvannikov ABŞ-da böyük iqtisadi böhranın baş verə biləcəyi barədə məlumat vermişdi.
Xəbər lenti
0