DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİİ ölkələri öz iqtisadiyyatlarının inkişafı üçün lazımi tədbirləri görəcəklər - Mişustin

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 03.02.2025
Abunə olmaq
Rusiyanın Baş naziri qeyd edib ki, Aİİ-nin nəqliyyat və logistika potensialının inkişafı və ittifaqa üzv olan ölkələrin əraziləri arasında nəqliyyatın təmin edilməsi istiqamətində iş davam etdirilir.
BAKI, 3 fevral — Sputnik. Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzv dövlətləri öz iqtisadiyyatlarını inkişaf etdirmək və insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün lazım olan hər şeyi edəcəklər.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"İttifaqın digər üzvləri ilə birlikdə bundan sonra da ölkələrimizin iqtisadiyyatının inkişafı və təbii ki, xalqımızın həyat keyfiyyətinin yaxşılaşdırılması üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Hörmətli həmkarlar, xahiş edirəm tərəfdaşlarla müvafiq razılaşmaların necə yerinə yetirildiyini öz istiqamətləriniz üzrə izləyin", Mişustin vurğulayıb.
Nazirin sözlərinə görə, Aİİ yeni dəstək mexanizmi çərçivəsində müştərək subsidiyaları alacaq ilk iki layihəni müəyyənləşdirib. Mişustin qeyd edib ki, bu layihələr yüksək texnologiyalara aiddir və Rusiya Federasiyası, Belarus və Qazaxıstan şirkətləri tərəfindən həyata keçirilir.
"Biz həmçinin bu yardım vasitəsinin digər iqtisadiyyat sahələrinə də tətbiq edilməsini razılaşdırdıq", siyasətçi əlavə edib.
Almatıda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında qeyd edilib ki, bu yaxınlarda Aİİ-nin subsidiyalaşdırma mexanizmi ilk növbədə aqrar-sənaye sahəsinə şamil edilib.
Rusiyanın Baş naziri əlavə edib ki, ittifaqın nəqliyyat və logistika potensialının inkişafı, Aİİ-yə üzv olan ölkələrin əraziləri arasında nəqliyyatın təmin edilməsi, həmçinin beş ölkə arasında məlumat və sənədlərin elektron mübadiləsi üçün zəruri olan müştərək informasiya sisteminin yaradılması istiqamətində birgə işlər davam etdirilir.
Xəbər lenti
0