https://sputnik.az/20250202/lavrov-qerb-bmt-nizamnamesinin-dovletlerin-beraberliyi-prinsipine-hec-vaxt-hormet-etmeyib-470314605.html
Lavrov: Qərb BMT Nizamnaməsinin dövlətlərin bərabərliyi prinsipinə heç vaxt hörmət etməyib
Lavrov: Qərb BMT Nizamnaməsinin dövlətlərin bərabərliyi prinsipinə heç vaxt hörmət etməyib
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri qeyd edib ki, müharibədən sonrakı tarix boyu ABŞ və onun müttəfiqləri beynəlxalq münaqişələr və situasiyalarda bu əsas prinsipə... 02.02.2025, Sputnik Azərbaycan
2025-02-02T10:49+0400
2025-02-02T10:49+0400
2025-02-02T11:10+0400
sergey lavrov
rusi̇ya
bmt
abş
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802677_0:0:2851:1603_1920x0_80_0_0_8d09d4de637a1cf2ab4a4c0583397a53.jpg
BAKI, 2 fevral — Sputnik. Qərb ölkələri, o cümlədən ABŞ BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suveren bərabərliyi prinsipinə heç vaxt əməl etməyib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun fikrincə, bu siyasət Prezident Donald Trampın dövründə də davam edir. O qeyd edib ki, müharibədən sonrakı tarix boyu ABŞ və onun müttəfiqləri beynəlxalq münaqişələr və situasiyalarda bu əsas prinsipə əməl etməyiblər. Lavrov xatırladıb ki, Tramp administrasiyası liberal dünya nizamından uzaqlaşdığını bəyan etməklə yanaşı, eyni zamanda "Öncə Amerika" siyasətinin prioritetini və xaosdan yeni nizam yaratmaq niyyətini bəyan edib. Nazir hesab edir ki, bu bəyanatda Qərbin əvvəlki yanaşmasından fundamental fərqlər yoxdur. Onun sözlərinə görə, BMT və ona aid strukturlar köhnəlmiş fəaliyyət prinsiplərinə görə deyil, ayrı-ayrı dövlətlərin, ilk növbədə, Qərb dövlətlərinin müəyyən edilmiş normalara riayət etmək istəməməsinə görə çətinliklər yaşayır. Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya ilə ABŞ arasında münasibətlər pozulmaq ərəfəsindədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802677_82:0:2474:1794_1920x0_80_0_0_5f12533ee4e734e8f07c429cacb06626.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, bmt, abş, donald tramp
sergey lavrov, bmt, abş, donald tramp
Lavrov: Qərb BMT Nizamnaməsinin dövlətlərin bərabərliyi prinsipinə heç vaxt hörmət etməyib
10:49 02.02.2025 (Yenilənib: 11:10 02.02.2025) Rusiyanın xarici işlər naziri qeyd edib ki, müharibədən sonrakı tarix boyu ABŞ və onun müttəfiqləri beynəlxalq münaqişələr və situasiyalarda bu əsas prinsipə əməl etməyiblər.
BAKI, 2 fevral — Sputnik. Qərb ölkələri, o cümlədən ABŞ BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suveren bərabərliyi prinsipinə heç vaxt əməl etməyib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Onun fikrincə, bu siyasət Prezident Donald Trampın dövründə də davam edir. O qeyd edib ki, müharibədən sonrakı tarix boyu ABŞ və onun müttəfiqləri beynəlxalq münaqişələr və situasiyalarda bu əsas prinsipə əməl etməyiblər.
Lavrov xatırladıb ki, Tramp administrasiyası liberal dünya nizamından uzaqlaşdığını bəyan etməklə yanaşı, eyni zamanda "Öncə Amerika" siyasətinin prioritetini və xaosdan yeni nizam yaratmaq niyyətini bəyan edib. Nazir hesab edir ki, bu bəyanatda Qərbin əvvəlki yanaşmasından fundamental fərqlər yoxdur.
Onun sözlərinə görə, BMT və ona aid strukturlar köhnəlmiş fəaliyyət prinsiplərinə görə deyil, ayrı-ayrı dövlətlərin, ilk növbədə, Qərb dövlətlərinin müəyyən edilmiş normalara riayət etmək istəməməsinə görə çətinliklər yaşayır.
Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya ilə ABŞ arasında münasibətlər pozulmaq ərəfəsindədir.