Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan narı Aİİ-nin hansı ölkələrinə ixrac olunur?

Abunə olmaq
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyaya 16 099 ton nar ixrac edib. Bu meyvələrin Aİİ ölkələrinə tədarükü ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan əsasən təzə narları Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixrac edir. Bu il belə tədarüklərin 90%-dən çoxu məhz ittifaq bazarına göndərilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 16 099 ton, Qazaxıstana 219 ton, Belarusa isə 153 ton təzə nar ixrac edilib.
Xatırladaq ki, 2023-cü ildə respublika bu meyvələrin 24313 tonunu Rusiyaya, 368 tonunu Belarusa, 441 tonunu isə Qazaxıstana tədarük edib.
Qeyd edək ki, narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır.
Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0