https://sputnik.az/20250202/abs-iqtisadi-gucde-brks-den-geri-qalir-470324210.html
ABŞ iqtisadi gücdə BRİKS-dən geri qalır
ABŞ iqtisadi gücdə BRİKS-dən geri qalır
Sputnik Azərbaycan
ABŞ-ın xarici siyasətindəki son səhvlər, Ukrayna və Qəzzadakı vəziyyətlərə fərqli yanaşmalarında ikili standartlar ölkənin reputasiyasına xələl gətirib. 02.02.2025, Sputnik Azərbaycan
2025-02-02T16:00+0400
2025-02-02T16:00+0400
2025-02-02T15:11+0400
briks
iqtisadiyyat
rusiya
si cinpin
putin
putin
rusiya prezidenti vladimir putin
abş
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468242819_0:0:3102:1745_1920x0_80_0_0_7712b4804cb3ab4f632e1c27fefe1f69.jpg
BAKI, 2 fevral — Sputnik. Birləşmiş Ştatlar öz mövqeyini itirir və artıq birqütblü dünyanın mərkəzi deyil. Belə ki, o, iqtisadi liderliyi BRİKS ölkələrinə verib və getdikcə daha çox daxili işlərə diqqət yetirir. Bu barədə ABŞ analitik mərkəzi olan "Council on Foreign Relations" ekspertləri xarici KİV-ə müsahibədə bildiriblər. Qeyd olunub ki, soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın hakim olduğu birqütblü dünya çoxqütblü olub. Getdikcə daha çox ölkə Vaşinqtonun təsir dairəsinə girməyə can atmır. ABŞ və onun ən yaxın müttəfiqləri artıq dünyanın ən böyük iqtisadi ittifaqını təmsil etmirlər. Həmçinin, vurğulanıb ki, bu yaxınlarda on üzv ölkəyə qədər genişlənən BRİKS hazırda qlobal ÜDM-in üçdə birindən çoxunu təşkil edir və G7 ölkələrinin payını üstələyir. Analitiklərin fikrincə, bugünkü çoxqütblü dünyada bir çox dövlətlər bir böyük güclə deyil, eyni anda bir neçə dövlətlə qarşılıqlı əlaqəyə üstünlük verirlər. Eyni zamanda, Birləşmiş Ştatlar diqqətini daxili işlərinə yönəldir. Ticarət tarifləri onların xarici siyasətinin əsas xüsusiyyətinə çevrilib. Vurğulanıb ki, Vaşinqton daxili məsələlərə diqqətini saxlamaqda davam edərsə, ABŞ ilə qlobal cənub ölkələri arasında münasibətlər pisləşə bilər. Məqalədə deyilib ki, halbuki, bu dövlətlər ABŞ-a "digər strateji məqsədlərə" nail olmaqda kömək edə bilərlər. Analitiklərin fikrincə, qlobal cənubdakı ölkələr hazırda ABŞ-la ittifaqlara ehtiyatla yaxınlaşırlar. ABŞ-ın xarici siyasətindəki son səhvlər, Ukrayna və Qəzzadakı vəziyyətlərə fərqli yanaşmalarında ikili standartlar ölkənin reputasiyasına xələl gətirib. Tədqiqatçıların hesab edirlər ki, nəticədə bir çox ölkələr hazırda Çin, Rusiya və BƏƏ kimi digər qlobal oyunçularla əməkdaşlığı daha fəal nəzərdən keçirir. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin danışıqlar zamanı BRİKS-in güclənməsinə yardımın davam etdirilməsi barədə razılığa gəliblər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468242819_168:0:2899:2048_1920x0_80_0_0_37f04da17466e00147422ceb6223baa9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
briks , rusiya, si cinpin, putin, putin, rusiya prezidenti vladimir putin, abş, abş
briks , rusiya, si cinpin, putin, putin, rusiya prezidenti vladimir putin, abş, abş
ABŞ iqtisadi gücdə BRİKS-dən geri qalır
ABŞ-ın xarici siyasətindəki son səhvlər, Ukrayna və Qəzzadakı vəziyyətlərə fərqli yanaşmalarında ikili standartlar ölkənin reputasiyasına xələl gətirib.
BAKI, 2 fevral — Sputnik. Birləşmiş Ştatlar öz mövqeyini itirir və artıq birqütblü dünyanın mərkəzi deyil. Belə ki, o, iqtisadi liderliyi BRİKS ölkələrinə verib və getdikcə daha çox daxili işlərə diqqət yetirir.
Bu barədə ABŞ analitik mərkəzi olan "Council on Foreign Relations" ekspertləri xarici KİV-ə müsahibədə bildiriblər.
Qeyd olunub ki, soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın hakim olduğu birqütblü dünya çoxqütblü olub. Getdikcə daha çox ölkə Vaşinqtonun təsir dairəsinə girməyə can atmır. ABŞ və onun ən yaxın müttəfiqləri artıq dünyanın ən böyük iqtisadi ittifaqını təmsil etmirlər. Həmçinin, vurğulanıb ki, bu yaxınlarda on üzv ölkəyə qədər genişlənən BRİKS hazırda qlobal ÜDM-in üçdə birindən çoxunu təşkil edir və G7 ölkələrinin payını üstələyir.
Analitiklərin fikrincə, bugünkü çoxqütblü dünyada bir çox dövlətlər bir böyük güclə deyil, eyni anda bir neçə dövlətlə qarşılıqlı əlaqəyə üstünlük verirlər.
Eyni zamanda, Birləşmiş Ştatlar diqqətini daxili işlərinə yönəldir. Ticarət tarifləri onların xarici siyasətinin əsas xüsusiyyətinə çevrilib.
Vurğulanıb ki, Vaşinqton daxili məsələlərə diqqətini saxlamaqda davam edərsə, ABŞ ilə qlobal cənub ölkələri arasında münasibətlər pisləşə bilər. Məqalədə deyilib ki, halbuki, bu dövlətlər ABŞ-a "digər strateji məqsədlərə" nail olmaqda kömək edə bilərlər.
Analitiklərin fikrincə, qlobal cənubdakı ölkələr hazırda ABŞ-la ittifaqlara ehtiyatla yaxınlaşırlar. ABŞ-ın xarici siyasətindəki son səhvlər, Ukrayna və Qəzzadakı vəziyyətlərə fərqli yanaşmalarında ikili standartlar ölkənin reputasiyasına xələl gətirib.
Tədqiqatçıların hesab edirlər ki, nəticədə bir çox ölkələr hazırda Çin, Rusiya və BƏƏ kimi digər qlobal oyunçularla əməkdaşlığı daha fəal nəzərdən keçirir.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin danışıqlar zamanı BRİKS-in güclənməsinə yardımın davam etdirilməsi barədə razılığa gəliblər.