Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Sanksiya tərəfdarları Rusiya iqtisadiyyatının inkişafını etiraf edirlər - Narışkin

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv - Sputnik Azərbaycan, 1920, 01.02.2025
Abunə olmaq
XKX-nin rəhbəri bildirib ki, qərb bloku Rusiyaya qarşı aqressiv iqtisadi siyasətə XHƏ başlamazdan xeyli əvvəl başlayıb.
BAKI, 1 fevral — Sputnik. Qərbdəki sanksiyaların qızğın lobbiçiləri Rusiya iqtisadiyyatının yeni şəraitə uyğunlaşdığını və stabil inkişaf etdiyini etiraf edirlər. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "RİA Novosti"yə müsahibəsində bildirib.

"Qərb bloku Rusiyaya qarşı aqressiv iqtisadi siyasətə xüsusi hərbi əməliyyat (XHƏ) başlamazdan xeyli əvvəl, Ukraynadakı münaqişənin qızğın mərhələsinə qədər başlayıb. Ancaq digər bir məsələ də var ki, onlar Rusiyanı təcrid etmək və strateji məğlubiyyətə uğratmaq kimi bütün arzularını və planlarını nə dərəcədə uğurla həyata keçirə biliblər. Axı sanksiya siyasətinin, əslində isə ölkəmizə qarşı iqtisadi təcavüz tədbirlərinin qızğın lobbiçiləri belə, etiraf edirlər ki, Rusiya iqtisadiyyatı yeni şəraitə uyğunlaşaraq stabil inkişaf edir", - Narışkin bildirib.

Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0