https://sputnik.az/20250201/rusiya-dusmenlerinin-ordumuzun-ugurlarini-inkar-etmesi-getdikce-cetinlesir---nariskin-470315237.html
Rusiya düşmənlərinin ordumuzun uğurlarını inkar etməsi getdikcə çətinləşir - Narışkin
Rusiya düşmənlərinin ordumuzun uğurlarını inkar etməsi getdikcə çətinləşir - Narışkin
Sputnik Azərbaycan
XKX-nin rəhbəri deyib ki, bu gün Böyük Vətən Müharibəsi hadisələri haqqında düşünərək, biz, şübhəsiz ki, onları hazırki XHƏ zonasındakı uğurlarla... 01.02.2025, Sputnik Azərbaycan
2025-02-01T16:35+0400
2025-02-01T16:35+0400
2025-02-01T16:35+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna
sergey narışkin
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467772664_0:203:3095:1944_1920x0_80_0_0_ffdc53ef0dd90386ac513af0e7450c76.jpg
BAKI, 1 fevral — Sputnik. Rusiyanın siyasi opponentləri və düşmənləri üçün xüsusi hərbi əməliyyatda (XHƏ) ordumuzun uğurlarını danmaq getdikcə daha da çətinləşir. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib. Ukraynada nə baş verir? Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467772664_76:0:2805:2047_1920x0_80_0_0_a73d6e69ee6e2574e9d7295f70c4c29a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, sergey narışkin
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, sergey narışkin
Rusiya düşmənlərinin ordumuzun uğurlarını inkar etməsi getdikcə çətinləşir - Narışkin
XKX-nin rəhbəri deyib ki, bu gün Böyük Vətən Müharibəsi hadisələri haqqında düşünərək, biz, şübhəsiz ki, onları hazırki XHƏ zonasındakı uğurlarla əlaqələndiririk.
BAKI, 1 fevral — Sputnik. Rusiyanın siyasi opponentləri və düşmənləri üçün xüsusi hərbi əməliyyatda (XHƏ) ordumuzun uğurlarını danmaq getdikcə daha da çətinləşir.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
"Bu gün Böyük Vətən Müharibəsi hadisələri haqqında düşünərək, biz, şübhəsiz ki, onları hazırki xüsusi hərbi əməliyyat zonasında baş verən hadisələrlə, müasir dövrümüzün qəhrəmanlarının şücaətləri ilə, cəbhədəki uğurlarla əlaqələndiririk. Siyasi rəqiblərimiz və düşmənlərimizin bunları inkar etməsi getdikcə daha da çətinləşir", - Narışkin qeyd edib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.