https://sputnik.az/20250201/ozbekistan-ve-azerbaycan-daha-bir-yeniliye-imza-ata-bilerler-470322559.html
Özbəkistan və Azərbaycan daha bir yeniliyə imza ata bilərlər
Özbəkistan və Azərbaycan daha bir yeniliyə imza ata bilərlər
Sputnik Azərbaycan
Xüsusilə, belə səfərlərin rahatlığı hər iki ölkənin vətəndaşlarına xarici pasport almadan sərhədi keçməyə imkan verəcək. 01.02.2025, Sputnik Azərbaycan
2025-02-01T23:44+0400
2025-02-01T23:44+0400
2025-02-01T23:44+0400
özbəkistan
azərbaycan xəbərləri̇
azərbaycan
viza
şəxsiyyət vəsiqəsi
gediş-gəliş
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:3073:1728_1920x0_80_0_0_dc163d5bbe2ccbc5aa971d4b696b5073.jpg
BAKI, 1 fevral — Sputnik. Özbəkistan və Azərbaycanın müvafiq idarələri iki ölkə vətəndaşlarının daxili şəxsiyyət vəsiqələrindən istifadə etməklə qarşılıqlı səfərləri prosedurunun tətbiqi ilə bağlı danışıqlar aparır. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin "Dunyo" xəbər agentliyi xəbər verir. Məlumatda qeyd olunur ki, bu addım vətəndaşların gediş-gəlişini sadələşdirəcək, ikitərəfli əlaqələri gücləndirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək. Xüsusilə, belə səfərlərin rahatlığı hər iki ölkənin vətəndaşlarına xarici pasport almadan sərhədi keçməyə imkan verəcək. Hazırda Özbəkistanla Azərbaycan arasında vizasız rejim mövcuddur, lakin iki ölkə vətəndaşları sərhədi yalnız xarici pasportla keçə bilərlər. 2023-cü il sentyabrın 1-dən Özbəkistan və Qırğızıstan vətəndaşları ümumi şəxsiyyət vəsiqəsi ilə ölkələr arasında sərhədi keçə bilərlər. Özbəkistan tərəfi Qazaxıstanla da analoji şərtləri müzakirə edir. Ötən ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclasında bildirmişdi ki, turizmi təşviq etmək üçün respublika Aİİ ölkələri vətəndaşlarının ölkədaxili sənədlərdən istifadə etməklə ölkəyə girişi prosedurunu tətbiq etmək niyyətindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:2731:2048_1920x0_80_0_0_6c16c523db4fec6dc87ad9779ae048f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, azərbaycan, viza, şəxsiyyət vəsiqəsi, gediş-gəliş
özbəkistan, azərbaycan, viza, şəxsiyyət vəsiqəsi, gediş-gəliş
Özbəkistan və Azərbaycan daha bir yeniliyə imza ata bilərlər
Xüsusilə, belə səfərlərin rahatlığı hər iki ölkənin vətəndaşlarına xarici pasport almadan sərhədi keçməyə imkan verəcək.
BAKI, 1 fevral — Sputnik. Özbəkistan və Azərbaycanın müvafiq idarələri iki ölkə vətəndaşlarının daxili şəxsiyyət vəsiqələrindən istifadə etməklə qarşılıqlı səfərləri prosedurunun tətbiqi ilə bağlı danışıqlar aparır. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin "Dunyo" xəbər agentliyi xəbər verir.
"Danışıqlar çərçivəsində hər iki ölkənin Xarici İşlər Nazirliyinin konsulluq və hüquq idarələrinin əməkdaşlarının iştirakı ilə biometrik şəxsiyyət vəsiqələrinin Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün sənəd kimi tanınması imkanları müzakirə edilib", - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, bu addım vətəndaşların gediş-gəlişini sadələşdirəcək, ikitərəfli əlaqələri gücləndirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək. Xüsusilə, belə səfərlərin rahatlığı hər iki ölkənin vətəndaşlarına xarici pasport almadan sərhədi keçməyə imkan verəcək.
Hazırda Özbəkistanla Azərbaycan arasında vizasız rejim mövcuddur, lakin iki ölkə vətəndaşları sərhədi yalnız xarici pasportla keçə bilərlər.
2023-cü il sentyabrın 1-dən Özbəkistan və Qırğızıstan vətəndaşları ümumi şəxsiyyət vəsiqəsi ilə ölkələr arasında sərhədi keçə bilərlər. Özbəkistan tərəfi Qazaxıstanla da analoji şərtləri müzakirə edir.
Ötən ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclasında bildirmişdi ki, turizmi təşviq etmək üçün respublika Aİİ ölkələri vətəndaşlarının ölkədaxili sənədlərdən istifadə etməklə ölkəyə girişi prosedurunu tətbiq etmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.