Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Enerji və mərkəz: Bakı və Bişkek İqtisadi Tərəfdaşlığı genişləndirir

© Sputnik / Дмитрий Дудо / Mediabanka keçidMDB İqtisadi Şurasının iclası, arxiv
MDB İqtisadi Şurasının iclası, arxiv - Sputnik Azərbaycan, 1920, 01.02.2025
Abunə olmaq
Bakıda Azərbaycan-Qırğızıstan Fondu Şurasının dördüncü iclası keçirilib, iclasda tərəflər strukturun investisiya siyasətini təsdiqləyiblər.
BAKI, 1 fevral - Sputnik. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Mərkəzi Asiya respublikasında gücü 9 MVt olan və çoxfunksiyalı kiçik su elektrik stansiyasının tikintisi üçün maliyyələşdirməni təsdiqləyib, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb. Bu barədə qərar Fondun Şurasının Bakıda keçirilən dördüncü iclasında qəbul edilib.
İclasda həmçinin fondun investisiya siyasəti və fəaliyyəti üçün zəruri olan digər əsas sənədlər təsdiq edilib. Bundan əlavə, dəyəri 1 milyon ABŞ dolları olan 300 işçi üçün tikiş fabrikinin layihəsinin maliyyələşdirilməsi konsepsiyası təsdiq edilib.
Görüş iştirakçıları Azərbaycan ilə Qırğızıstan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirib, onun yeni mərhələyə qədəm qoyduğunu və getdikcə daha çox sahələri əhatə etdiyini vurğulayıblar. Fondun prioritetlərinə uyğun gələn perspektivli layihələr portfelinin formalaşdırılması istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 2022-ci ildə 25 milyon dollar kapitalla yaradılıb. Onun məqsədi kreditlərin verilməsi, səhmlərin iştirakı və digər maliyyə alətlərinin istifadəsi vasitəsilə Qırğızıstanda prioritet layihələrə dəstək verməkdir.
Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin aprelində dövlət səfəri zamanı Bakıda fondun nizamnamə kapitalının 100 milyon dollara çatdırılması ilə bağlı əlavə saziş imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qatar, arxiv - Sputnik Azərbaycan, 1920, 02.01.2025
İQTİSADİYYAT
"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisinə başlanılıb: Bakı ondan nə gözləyir?
Xəbər lenti
0