Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Rusiyada süd məhsullarının TOP-5 alıcısı

Abunə olmaq
Ötən ildə Rusiya Federasiyası 24,2 min ton süd məhsulları ixrac edib. Bu məhsulların TOP-5 alıcısı haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Rusiya 2024-cü ildə süd məhsullarının ixracını 6%, ixrac gəlirini isə 19% artırıb.
Eyni zamanda, Azərbaycan Rusiyadan süd məhsulları idxal edən ilk 5-liyə daxil olub. Belə ki, 2024-cü ildə Rusiya Federasiyasından süd məhsulları ixracı 24,2 min ton olub və bunun dəyəri 438 milyon dollar təşkil edib. 2023-cü ildə isə bu göstəricilər 23,2 min ton olmaqla 369 milyon dollar olub.
Dəyər baxımından ən çox Rusiya süd məhsulları Qazaxıstana (184 milyon dollar), Belarusa (67 milyon dollar), Özbəkistana (35 milyon dollar), Azərbaycana (18 milyon dollar) və Çinə (18 milyon dollar) tədarük edilib.
Bu yaxınlarda məlum olub ki, Rusiya aqro-sənaye kompleksinin 2030-cu ilə qədər 2021-ci illə müqayisədə bir yarım dəfə məhsul ixracını artırmaq qarşısına məqsəd qoyulub və süd sənayesi bu məqsədin reallaşdırılmasında əsas amillərdən biridir. Beləliklə, 2030-cu ildə ixrac 731 milyon dollar olmalıdır.
Xəbər lenti
0