Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan ixracının 80%-ni itirə bilər - Zaxarova

© Sputnik / Владимир АстапковичRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 31.01.2025
Abunə olmaq
XİN rəsmisinin sözlərinə görə, İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyənləşdirmək hüququ var.
BAKI, 31 yanvar — Sputnik. Aİİ-dən çıxacağı təqdirdə Ermənistanın ixracı 80% azalacaq və hətta ortamüddətli perspektivdə itkiləri alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin rəsmi statistikasına əsasən, 2015-ci ildən Ermənistanın ixracı Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb.
O, əlavə edib ki, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyənləşdirmək hüququ var və bu, suveren dövlətin hüququdur. Zaxarova bildirib ki, həddindən artıq siyasiləşdirmədən və "ağ-qara"ya bölünmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirmək lazımdır.
"Ermənistan mallarını nə Avropada, nə də ABŞ-da kimsə gözləmir, gözləsəydilər" Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
Zaxarova həmçinin xatırladıb ki, 2024-cü ildə Ermənistanın Aİ və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb və Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə az olaraq qalır.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.
Kreml Ermənistan hökumətinin qərarını şərh edərkən bildirib ki, eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Aİ-nin üzvü olmaq mümkün deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd edib ki, indi Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu söyləmək çətindi. Daha sonra Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya qanun layihəsinin müzakirəsini İrəvanın "Titanik"ə bilet almaq qərarını müqayisə edərək, İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.
Bundan sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkə Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır, çünki bu təşkilatda iştirak iqtisadi fayda gətirir.
Xəbər lenti
0