https://sputnik.az/20250131/cexiyanin-pivenin-veteni-oldugu-beynelxalq-seviyyede-tesdiqlendi-470314877.html
Çexiyanın pivənin vətəni olduğu beynəlxalq səviyyədə təsdiqləndi
Çexiyanın pivənin vətəni olduğu beynəlxalq səviyyədə təsdiqləndi
Sputnik Azərbaycan
Pivə mədəniyyəti Çexiyanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. 31.01.2025, Sputnik Azərbaycan
2025-01-31T16:35+0400
2025-01-31T16:35+0400
2025-01-31T16:35+0400
pivə
dünya xəbərləri
çexiya
mədəni irs
unesco-nun qeyri-maddi mədəni irs siyahısı
unesco
https://cdnn1.img.sputnik.az/img/40393/12/403931242_204:0:2922:1529_1920x0_80_0_0_9377ae26abe1891bee3b3e369c57d764.jpg
BAKI, 31 yanvar — Sputnik. Çex Respublikası çex pivə mədəniyyətini ölkənin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edib. Xarici KİV xəbər verib ki, bunu Çexiya Mədəniyyət Nazirliyinin rəhbəri Martin Baksa deyib. O qeyd edib ki, bu qərar ölkənin pivə mədəniyyətini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müraciətin verilməsinə yaxınlaşdırıb. Hazırda Çexiyada 550-dən çox pivə zavodu var. Sənayenin bu sahəsində 65 minə yaxın işçi çalışır və 2023-cü ildə o, dövlət büdcəsinə 29 milyard kron (təxminən 1,2 milyard dollar) vergi gətirib. "Biz fəxr edirik ki, pivə ilə bağlı mədəniyyət respublikamızın qeyri-maddi mədəni irsinin bir hissəsinə çevrilir" - Pivə Zavodları Assosiasiyasının icraçı direktoru Tomaş Sluneçko əlavə edib. Daha əvvəl Tailandın mədəniyyət naziri Sudavan Vanqsuphakitkoson tay ədviyyatlı krevet şorbası Tom Yam Kunqun YUNESKO-nun Qeyri-Maddi Mədəni irs siyahısına daxil edildiyini açıqlamışdı. Bundan əvvəl Avstriya paytaxtının hakimiyyət orqanları Vyana sosiska kiosklarının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyi barədə məlumat vermişdilər. Qeyd edək ki, Azərbaycandan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına 24 nümunə daxildir. Bunlardan 22-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2 irs isə (Qarabağ atı ilə oynanılan "Çövkən" atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil ediliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40393/12/403931242_544:0:2583:1529_1920x0_80_0_0_9a3b6d9e46b2d0f8885d480bea9410b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
pivə, çexiya, mədəni irs, unesco-nun qeyri-maddi mədəni irs siyahısı, unesco
pivə, çexiya, mədəni irs, unesco-nun qeyri-maddi mədəni irs siyahısı, unesco
Çexiyanın pivənin vətəni olduğu beynəlxalq səviyyədə təsdiqləndi
Pivə mədəniyyəti Çexiyanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
BAKI, 31 yanvar — Sputnik. Çex Respublikası çex pivə mədəniyyətini ölkənin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edib.
Xarici KİV xəbər verib ki, bunu Çexiya Mədəniyyət Nazirliyinin rəhbəri Martin Baksa deyib.
O qeyd edib ki, bu qərar ölkənin pivə mədəniyyətini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müraciətin verilməsinə yaxınlaşdırıb.
Hazırda Çexiyada 550-dən çox pivə zavodu var. Sənayenin bu sahəsində 65 minə yaxın işçi çalışır və 2023-cü ildə o, dövlət büdcəsinə 29 milyard kron (təxminən 1,2 milyard dollar) vergi gətirib.
"Biz fəxr edirik ki, pivə ilə bağlı mədəniyyət respublikamızın qeyri-maddi mədəni irsinin bir hissəsinə çevrilir" - Pivə Zavodları Assosiasiyasının icraçı direktoru Tomaş Sluneçko əlavə edib.
Daha əvvəl Tailandın mədəniyyət naziri Sudavan Vanqsuphakitkoson tay ədviyyatlı krevet şorbası Tom Yam Kunqun YUNESKO-nun Qeyri-Maddi Mədəni irs siyahısına daxil edildiyini açıqlamışdı.
Bundan əvvəl Avstriya paytaxtının hakimiyyət orqanları Vyana sosiska kiosklarının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyi barədə məlumat vermişdilər.
Qeyd edək ki, Azərbaycandan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına 24 nümunə daxildir. Bunlardan 22-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2 irs isə (Qarabağ atı ilə oynanılan "Çövkən" atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil ediliblər.