https://sputnik.az/20250131/azerbaycan-suni-intellekt-strategiyasini-hazirlayir-470314452.html
Azərbaycan süni intellekt strategiyasını hazırlayır
Azərbaycan süni intellekt strategiyasını hazırlayır
Sputnik Azərbaycan
Nazir bildirib ki, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. 31.01.2025, Sputnik Azərbaycan
2025-01-31T19:30+0400
2025-01-31T19:30+0400
2025-01-31T21:39+0400
süni intellekt
azərbaycan xəbərləri
əli əsədov
rəqəmsal
rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460852185_0:118:2730:1654_1920x0_80_0_0_5262ec3cd2193c9d7e924028dfacd031.jpg
BAKI, 31 yanvar — Sputnik. Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün "Digital Almaty" beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib. "Biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyasının tətbiqinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk", - Baş nazir bildirib. Onun sözlərinə görə, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. "Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir. Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir. "Bu il yanvarın 16-da Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib. Bu sənəd ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət olub, bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edib. Rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri süni intellektdir", - o qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460852185_0:0:2730:2048_1920x0_80_0_0_187fec6d10fa03c9bf4137d0fcbced71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
süni intellekt, əli əsədov, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
süni intellekt, əli əsədov, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
Azərbaycan süni intellekt strategiyasını hazırlayır
19:30 31.01.2025 (Yenilənib: 21:39 31.01.2025) Nazir bildirib ki, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb.
BAKI, 31 yanvar — Sputnik. Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün "Digital Almaty" beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.
"Biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyasının tətbiqinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk", - Baş nazir bildirib.
Onun sözlərinə görə, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb.
"Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir.
Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir.
"Bu il yanvarın 16-da Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib. Bu sənəd ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət olub, bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edib. Rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri süni intellektdir", - o qeyd edib.