Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, yaralananlar var

© Sputnik / Murad Orujovqumbara
qumbara  - Sputnik Azərbaycan, 1920, 31.01.2025
Abunə olmaq
İlkin məlumata görə, qumbara partlamasından zərər çəkənlər eyni ailənin üzvləridir.
BAKI, 31 yanvar — Sputnik. Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağcabədidə qumbara partlayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir.
Məlumata görə, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib. Partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.
Hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb.
Hadisə zamanı Ülviyyə Məmmədli və Aysun Quliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, qumbara partlamasından zərər çəkənlər eyni ailənin üzvləridir.
Xəbər lenti
0