https://sputnik.az/20250131/a-azad-ticaret-terefdaslari-sebekesini-genislendirir---misustin-470322266.html
Aİİ azad ticarət tərəfdaşları şəbəkəsini genişləndirir - Mişustin
Aİİ azad ticarət tərəfdaşları şəbəkəsini genişləndirir - Mişustin
Sputnik Azərbaycan
Rusiyanın Baş naziri Aİİ-nin logistik potensialının, yəni Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üzrə kompleks planın reallaşdırılmasının vacibliyini qeyd... 31.01.2025, Sputnik Azərbaycan
2025-01-31T22:27+0400
2025-01-31T22:27+0400
2025-01-31T23:03+0400
iqtisadiyyat
aii
mixail mişustin
avrasiya
avrasiya iqtisadi ittifaqı
avrasiya ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_0:0:2878:1620_1920x0_80_0_0_ad57876f660c045cbfd353d0914cecff.jpg
BAKI, 31 yanvar — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) azad ticarət tərəfdaşları şəbəkəsini genişləndirir. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Almatıda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. Bununla əlaqədar diplomat Aİİ-nin logistika potensialının, yəni Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üzrə kompleks planın həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir vurğulayıb ki, daxili bazarda ittifaqın texnoloji və sənaye suverenliyinin möhkəmləndirilməsi məqsədilə birgə istehsal üçün kooperativ zəncirlərini stimullaşdırmaq lazımdır. Rusiyanın Baş naziri həmçinin Aİİ-nin ümumi məkanında daxili turizmin inkişafının vacibliyini də qeyd edib. Mişustinin sözlərinə görə, Rusiya yanvarın 1-də 10 illiyini qeyd edən İttifaqdakı tərəfdaşları ilə çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir. Nazir xatırladıb ki, 2024-cü ilin yanvar-noyabr aylarında İttifaqda sənaye istehsalının həcmi 4,3%, başa çatdırılmış tikinti işlərinin həcmi 3%, pərakəndə ticarət dövriyyəsi isə 7,5%-dən çox artıb. Əlavə edək ki, Hökumətlərarası Şuranın iclasının yekunları əsasən Avrasiya nəqliyyat dəhlizlərinin infrastrukturunun inkişafı üzrə Aİİ ölkələrinin fəaliyyətinə dair 2022-2024-cü illər üçün hesabat təsdiq edilib. Hesabata görə, bu dəhlizlər Aİİ-də tranzit daşımaların həcminin təxminən 70%-ni təşkil edir. Xatırladaq ki, Avrasiya İttifaqının Vyetnam, İran, Sinqapur və Serbiya ilə azad ticarət, Çinlə isə ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişləri var. Misir, Hindistan, İndoneziya, Monqolustan və İsraillə sərbəst ticarət sazişlərinin layihələri müzakirə olunur, Birləşmiş Ərəb Əmirlikləri ilə isə danışıqlar başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_147:0:2878:2048_1920x0_80_0_0_c2dfc2b4d10bcc2a2c77c0718ba26615.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, mixail mişustin, avrasiya, avrasiya iqtisadi ittifaqı, avrasiya ittifaqı
aii, mixail mişustin, avrasiya, avrasiya iqtisadi ittifaqı, avrasiya ittifaqı
Aİİ azad ticarət tərəfdaşları şəbəkəsini genişləndirir - Mişustin
22:27 31.01.2025 (Yenilənib: 23:03 31.01.2025) Rusiyanın Baş naziri Aİİ-nin logistik potensialının, yəni Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üzrə kompleks planın reallaşdırılmasının vacibliyini qeyd edib.
BAKI, 31 yanvar — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) azad ticarət tərəfdaşları şəbəkəsini genişləndirir.
Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Almatıda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Bununla əlaqədar diplomat Aİİ-nin logistika potensialının, yəni Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üzrə kompleks planın həyata keçirilməsinin vacibliyini qeyd edib.
Nazir vurğulayıb ki, daxili bazarda ittifaqın texnoloji və sənaye suverenliyinin möhkəmləndirilməsi məqsədilə birgə istehsal üçün kooperativ zəncirlərini stimullaşdırmaq lazımdır.
Rusiyanın Baş naziri həmçinin Aİİ-nin ümumi məkanında daxili turizmin inkişafının vacibliyini də qeyd edib.
Mişustinin sözlərinə görə, Rusiya yanvarın 1-də 10 illiyini qeyd edən İttifaqdakı tərəfdaşları ilə çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir. Nazir xatırladıb ki, 2024-cü ilin yanvar-noyabr aylarında İttifaqda sənaye istehsalının həcmi 4,3%, başa çatdırılmış tikinti işlərinin həcmi 3%, pərakəndə ticarət dövriyyəsi isə 7,5%-dən çox artıb.
Əlavə edək ki, Hökumətlərarası Şuranın iclasının yekunları əsasən Avrasiya nəqliyyat dəhlizlərinin infrastrukturunun inkişafı üzrə Aİİ ölkələrinin fəaliyyətinə dair 2022-2024-cü illər üçün hesabat təsdiq edilib. Hesabata görə, bu dəhlizlər Aİİ-də tranzit daşımaların həcminin təxminən 70%-ni təşkil edir.
Xatırladaq ki, Avrasiya İttifaqının Vyetnam, İran, Sinqapur və Serbiya ilə azad ticarət, Çinlə isə ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişləri var. Misir, Hindistan, İndoneziya, Monqolustan və İsraillə sərbəst ticarət sazişlərinin layihələri müzakirə olunur, Birləşmiş Ərəb Əmirlikləri ilə isə danışıqlar başa çatıb.