https://sputnik.az/20250130/trampdan-teyyare-qezasina-ecaib-reaksiya-470288694.html
Trampdan təyyarə qəzasına əcaib reaksiya
Trampdan təyyarə qəzasına əcaib reaksiya
Sputnik Azərbaycan
ABŞ prezidenti Donald Tramp baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T12:00+0400
2025-01-30T12:00+0400
2025-01-30T12:00+0400
donald tramp
dünya xəbərləri
təyyarə qəzası
azal
"azərbaycan hava yolları" qsc-nin (azal)
helikopter
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/12/469502195_0:0:3072:1728_1920x0_80_0_0_4b9c655c1c4292641ef0d59a4cec6dfe.jpg
BAKI, 30 yanvar — Sputnik. Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və "Black hawk" hərbi helikopteri havada toqquşub. Bu barədə xarici KİV məlumat yayıb. "American Airlines" Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. Toqquşma nəticəsində 19 nəfər həlak olub. "İlkin məlumatlara görə, Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında "American Airlines" təyyarəsi ilə "Blackhawk" helikopterinin havada toqquşmasından sonra Potomak çayından azı 19 meyit çıxarılıb" - portal qeyd edib. ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib: "Təyyarə hava limanına gedən yolda ideal, normal trayektoriya ilə hərəkət edirdi. Helikopter uzun müddət təyyarəyə doğru uçurdu. Gecə aydın idi, təyyarənin işıqları parlaq yanırdı, niyə helikopter qalxmadı, enmədi və ya dönmədi? Nəyə görə nəzarət qülləsi helikopter ekipajına nə edəcəyini demədi, əvəzində təyyarəni görüb-görmədiklərini soruşdu? Bu, qarşısı alınmalı olan pis vəziyyətdir. Bu pisdir!" - o, yazıb.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/12/469502195_298:0:3029:2048_1920x0_80_0_0_86224f0db079f6a0cebc05579a5242d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
donald tramp, təyyarə qəzası, azal, "azərbaycan hava yolları" qsc-nin (azal), helikopter, vaşinqton
donald tramp, təyyarə qəzası, azal, "azərbaycan hava yolları" qsc-nin (azal), helikopter, vaşinqton
Trampdan təyyarə qəzasına əcaib reaksiya
ABŞ prezidenti Donald Tramp baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.
BAKI, 30 yanvar — Sputnik. Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və "Black hawk" hərbi helikopteri havada toqquşub. Bu barədə xarici KİV məlumat yayıb.
"American Airlines" Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. Toqquşma nəticəsində 19 nəfər həlak olub.
"İlkin məlumatlara görə, Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında "American Airlines" təyyarəsi ilə "Blackhawk" helikopterinin havada toqquşmasından sonra Potomak çayından azı 19 meyit çıxarılıb" - portal qeyd edib.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib:
"Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam. Vaşinqton üzərində sərnişin təyyarəsi ilə toqquşan "Black Hawk" hərbi helikopterinin ekipajı istiqamətini dəyişməli idi. O zaman faciənin qarşısını almaq olardı".
"Təyyarə hava limanına gedən yolda ideal, normal trayektoriya ilə hərəkət edirdi. Helikopter uzun müddət təyyarəyə doğru uçurdu. Gecə aydın idi, təyyarənin işıqları parlaq yanırdı, niyə helikopter qalxmadı, enmədi və ya dönmədi? Nəyə görə nəzarət qülləsi helikopter ekipajına nə edəcəyini demədi, əvəzində təyyarəni görüb-görmədiklərini soruşdu? Bu, qarşısı alınmalı olan pis vəziyyətdir. Bu pisdir!" - o, yazıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.