https://sputnik.az/20250130/sanksiyalar-gozlenilmeyen-neticeye-getirdi-qlobal-istilesme-legv-edildi-470262499.html
Sanksiyalar gözlənilməyən nəticəyə gətirdi: qlobal istiləşmə ləğv edildi
Sanksiyalar gözlənilməyən nəticəyə gətirdi: qlobal istiləşmə ləğv edildi
Sputnik Azərbaycan
ABŞ öz inkişafı və gəlirlərinin artırılması naminə bütün dünyamızın əkoloji fəlakətini belə gözü önünə alıb. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T10:01+0400
2025-01-30T10:01+0400
2025-01-30T10:01+0400
qlobal istiləşmə
yazarlar
qlobal iqlim dəyişikliyi
abş
qaz
ağ ev
avropa birliyi
ilon mask
https://cdnn1.img.sputnik.az/img/07e7/04/19/454095498_0:160:3072:1888_1920x0_80_0_0_363a71457fef27cabdaa2fbdc320740d.jpg
Aleksandr Yakovenko, Nadir Şəfiyev İqlim gündəmi Qərb elitalarının liberal qanadı ilə sıx bağlıdır. Artıq göründüyü kimi, onlar Paris İqlim Sazişində, yaşıl iqtisadiyyat və enerji keçidi kimi ideyalarda öz əksini tapmış iqlim dəyişikliyi ilə mübarizə üçün qəsdən qeyri-real məqsədlər qoyublar. Müvafiq təlimatlar Rusiyada da, xüsusən 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq da daxil olmaqla 2023-cü il İqlim doktrinasının yeni nəşrində təsbit edilmişdir. Rusiya beynəlxalq öhdəliklərinə sadiq qalaraq özünü möhkəm qalay əsgər kimi aparır, iqlim probleminin başlandığı Qərbdə isə vəziyyət kökündən dəyişir. Bu, əvvəla, ilk qərarları sırasında Amerikanı Paris sazişindən çıxaran Donald Tramp fenomeni ilə bağlıdır. Bu o demək deyil ki, bu məsələdə vəziyyət bəşəriyyətin iqlim dəyişikliyinə qarşı real imkanlarının yenidən qiymətləndirilməsi istiqamətində özünəməxsus şəkildə inkişaf etməyib. Əvvəlcə Qərb hər şeyin öhdəsindən gəlməyə qadir görünəndə, siyasətçilər qərar verdi - və biznes icraya başladı. Onu üçün nədən gəlir əldə etməyin fərqi yox idi. Qlobal iqtisadiyyatda, o cümlədən Qərb ölkələrində çətinliklər artdıqca vəziyyət dəyişməyə başladı. Ukrayna münaqişəsinin Qərb ölkələrinə mənfi təsiri səbəbindən təcili şəkildə bir şey haqqında danışmalı olduq - sanksiya bumeranqı Avropa Birliyi ölkələrinin iqtisadiyyatına və hər şeydən əvvəl onun enerji komponentinə xüsusilə ağrılı bir zərbə vurdu. Lakin o vaxta qədər kursun dəyişməsi üçün faktiki baza formalaşmışdı. Beləliklə, onlar külək elektrik stansiyalarının və günəş panellərinin səmərəliliyini onların istehsalına, saxlanmasına və dəyişdirilməsinə sərf olunan enerji xərcləri ilə müqayisə etməyə başladılar (o cümlədən məhkəmə işlərində). Məsələn, medianın xəbər verdiyi kimi, Nyu-York məhkəməsi Texas ştatından olan neft şirkətlərindən birinin iddiası əsasında müəyyən edib ki, Yapon külək turbinləri on il ərzində istehsal zamanı yaranan karbon emissiyalarının yalnız 46 faizini əvəzləyə bilib. Texasda müəyyən edilib ki, İ.Maskın şirkətlərindən birinin günəş panelləri on il ərzində istehsalı zamanı əmələ gələn karbon izinin yalnız 24 faizini neytrallaşdıra bilib. İnkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı gündəm məqsədlərinə çatmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrin 300 milyard dollar ayırması ilə bağlı açıq-aşkar qeyri-real vədlərindən danışmağa belə dəyməz. Heç kim buna inanmır. Lakin bu vədlər hesabına Qərb bu dövlətləri öz iqlim siyasətinə qoşmağı bacardı. Hətta istiləşməni məhdudlaşdırmağa çalışdıqları 1,5 dərəcə həddi də, bir çox bölgələrdə artıq keçilib. Ümumiyyətlə, insanlar iqlimlə bağlı əvvəllər siyasi ədəb baxımından qaldırılması düzgün hesab olunmayan kifayət qədər ağlabatan suallar verməyə başlayıb. Ağ Ev sahibinin dəyişməsi ilə qlobal iqlim gündəminin çökəcəyini təxmin etmək çətin deyil. Digər əlamətlərlə yanaşı, bu, yeni administrasiyanın Arktika uğrunda yarışa açıq şəkildə qoşulması ilə də təsdiqlənir ki, bu da öz növbəsində Arktikanın, mədən də daxil olmaqla, kommersiya istismarı üçün açılmasının qaçılmazlığından xəbər verir. Trampın Qrenlandiya və Kanadaya iddiaları da bunu göstərir. Belə olan halda planetin xilasında başqa məsələlər ön plana çıxır: enerji səmərəliliyinin artırılması və qalıq yanacaqların çıxarılması, daşınması və yanması nəticəsində emissiyaların azaldılması. Sonuncu, şist inqilabı sayəsində özünü təmin edən qlobal enerji gücünə (yeri gəlmişkən, Trampın ilk prezidentliyi dövründə qarşısına qoyduğu məqsədlərdən biri idi) və xalis neft və qaz (LNG) ixracatçısına çevrilmiş ABŞ-la birbaşa bağlıdır. Yeri gəlmişkən, qiymət fərqinə və nəticədə Aİ rəqabət qabiliyyətini itirməsinə baxmayaraq, hazırda o ənənəvi Rusiya qazından imtina etməklə ABŞ qazının alıcısına çevrilib. Tramp Avropanı ABŞ-ın ticarət kəsirini azaltmaq naminə ABŞ enerjisinin alışını artırmağa çağırıb. Əks halda onların mallarına qadağanedici gömrük rüsumlarının tətbiq ediləcəyi bildirilib. Belə vəziyyət Aİ üçün onsuz da ağır olan vəziyyəti daha da pisləşdirir. Lakin, amerikalı ekofəalların məlumatlarına görə, şist neft və qaz hasilatı əhalinin sağlamlığı üçün mənfi nəticələrə, hidravlik qırılma zamanı külli miqdarda suyun istifadəsi, qrunt sularının kimyəvi reagentlərlə və mikro-kimyəvi maddələrlə zəhərlənməsi, mikro-zəlzələlərə səbəb olduğu üçün enerji hasilatının ən çirkli və barbar üsullarındandır. O hətta kömürün yandırılmasından da pis üsuldur. Yeri gəlmişkən, yaşıl gələcəkdən dəm vuran Avropa İttifaqında kömürün yandırılmasına üç il bundan əvvəl yenidən qayıdıblar. Şist qazının çirkliliyi həm də aşağı debitə malik olan yüz minlər, hətta milyonlarla quyunun qazılması və bu halda CO2-dən istixana effekti yaratmaq baxımından onlarla dəfə daha dağıdıcı olan metan emissiyasının yaranması ilə təsdiqlənir. Bu, ABŞ-ın şist inqilabında tək olmasının səbəblərindən biridir. Sual həm də öz investisiyalarında iqlim məhdudiyyətlərindən kənara çıxmaqla, eyni zamanda onsuz da sərfəli olmayan şist hasilatını ayaqda saxlayan Amerikanın meqafondlarına (Blackrock və başqaları) ünvanlanır. Mahiyyət etibarı ilə onlar ölkədə iqtisadi artımın təmin edilməsi maraqlarından çıxış edərək, bütün digər kapital qoyuluşlarından gəlir əldə etməyə imkan verən makroiqtisadi tənzimləyici rolunu öz üzərinə götürürlər. Deməli, belə çıxır ki, ABŞ nəinki müttəfiqləri də daxil olmaqla, dünyanın qalan hissəsi hesabına dolanır, dolların statusu sayəsində geosiyasi rentadan qaçır, həm də planetimizin ekologiyasının məhvi hesabına böyük üstünlük əldə etməklə inkişaf etmək niyyətindədir. ABŞ-a onsuzda sualların olduğu halda, bu, ən vacib sual kimi görünür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/19/454095498_171:0:2902:2048_1920x0_80_0_0_cd91c8ba29d723f2580286658663baf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qlobal istiləşmə, qlobal iqlim dəyişikliyi, abş, qaz, ağ ev, avropa birliyi, ilon mask
qlobal istiləşmə, qlobal iqlim dəyişikliyi, abş, qaz, ağ ev, avropa birliyi, ilon mask
Sanksiyalar gözlənilməyən nəticəyə gətirdi: qlobal istiləşmə ləğv edildi
ABŞ öz inkişafı və gəlirlərinin artırılması naminə bütün dünyamızın əkoloji fəlakətini belə gözü önünə alıb.
Aleksandr Yakovenko, Nadir Şəfiyev
İqlim gündəmi Qərb elitalarının liberal qanadı ilə sıx bağlıdır. Artıq göründüyü kimi, onlar Paris İqlim Sazişində, yaşıl iqtisadiyyat və enerji keçidi kimi ideyalarda öz əksini tapmış iqlim dəyişikliyi ilə mübarizə üçün qəsdən qeyri-real məqsədlər qoyublar. Müvafiq təlimatlar Rusiyada da, xüsusən 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq da daxil olmaqla 2023-cü il İqlim doktrinasının yeni nəşrində təsbit edilmişdir.
Rusiya beynəlxalq öhdəliklərinə sadiq qalaraq özünü möhkəm qalay əsgər kimi aparır, iqlim probleminin başlandığı Qərbdə isə vəziyyət kökündən dəyişir. Bu, əvvəla, ilk qərarları sırasında Amerikanı Paris sazişindən çıxaran Donald Tramp fenomeni ilə bağlıdır.
Bu o demək deyil ki, bu məsələdə vəziyyət bəşəriyyətin iqlim dəyişikliyinə qarşı real imkanlarının yenidən qiymətləndirilməsi istiqamətində özünəməxsus şəkildə inkişaf etməyib. Əvvəlcə Qərb hər şeyin öhdəsindən gəlməyə qadir görünəndə, siyasətçilər qərar verdi - və biznes icraya başladı. Onu üçün nədən gəlir əldə etməyin fərqi yox idi. Qlobal iqtisadiyyatda, o cümlədən Qərb ölkələrində çətinliklər artdıqca vəziyyət dəyişməyə başladı. Ukrayna münaqişəsinin Qərb ölkələrinə mənfi təsiri səbəbindən təcili şəkildə bir şey haqqında danışmalı olduq - sanksiya bumeranqı Avropa Birliyi ölkələrinin iqtisadiyyatına və hər şeydən əvvəl onun enerji komponentinə xüsusilə ağrılı bir zərbə vurdu.
Lakin o vaxta qədər kursun dəyişməsi üçün faktiki baza formalaşmışdı. Beləliklə, onlar külək elektrik stansiyalarının və günəş panellərinin səmərəliliyini onların istehsalına, saxlanmasına və dəyişdirilməsinə sərf olunan enerji xərcləri ilə müqayisə etməyə başladılar (o cümlədən məhkəmə işlərində). Məsələn, medianın xəbər verdiyi kimi, Nyu-York məhkəməsi Texas ştatından olan neft şirkətlərindən birinin iddiası əsasında müəyyən edib ki, Yapon külək turbinləri on il ərzində istehsal zamanı yaranan karbon emissiyalarının yalnız 46 faizini əvəzləyə bilib. Texasda müəyyən edilib ki, İ.Maskın şirkətlərindən birinin günəş panelləri on il ərzində istehsalı zamanı əmələ gələn karbon izinin yalnız 24 faizini neytrallaşdıra bilib.
İnkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı gündəm məqsədlərinə çatmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrin 300 milyard dollar ayırması ilə bağlı açıq-aşkar qeyri-real vədlərindən danışmağa belə dəyməz. Heç kim buna inanmır. Lakin bu vədlər hesabına Qərb bu dövlətləri öz iqlim siyasətinə qoşmağı bacardı. Hətta istiləşməni məhdudlaşdırmağa çalışdıqları 1,5 dərəcə həddi də, bir çox bölgələrdə artıq keçilib. Ümumiyyətlə, insanlar iqlimlə bağlı əvvəllər siyasi ədəb baxımından qaldırılması düzgün hesab olunmayan kifayət qədər ağlabatan suallar verməyə başlayıb.
Ağ Ev sahibinin dəyişməsi ilə qlobal iqlim gündəminin çökəcəyini təxmin etmək çətin deyil. Digər əlamətlərlə yanaşı, bu, yeni administrasiyanın Arktika uğrunda yarışa açıq şəkildə qoşulması ilə də təsdiqlənir ki, bu da öz növbəsində Arktikanın, mədən də daxil olmaqla, kommersiya istismarı üçün açılmasının qaçılmazlığından xəbər verir. Trampın Qrenlandiya və Kanadaya iddiaları da bunu göstərir.
Belə olan halda planetin xilasında başqa məsələlər ön plana çıxır: enerji səmərəliliyinin artırılması və qalıq yanacaqların çıxarılması, daşınması və yanması nəticəsində emissiyaların azaldılması. Sonuncu, şist inqilabı sayəsində özünü təmin edən qlobal enerji gücünə (yeri gəlmişkən, Trampın ilk prezidentliyi dövründə qarşısına qoyduğu məqsədlərdən biri idi) və xalis neft və qaz (LNG) ixracatçısına çevrilmiş ABŞ-la birbaşa bağlıdır. Yeri gəlmişkən, qiymət fərqinə və nəticədə Aİ rəqabət qabiliyyətini itirməsinə baxmayaraq, hazırda o ənənəvi Rusiya qazından imtina etməklə ABŞ qazının alıcısına çevrilib.
Tramp Avropanı ABŞ-ın ticarət kəsirini azaltmaq naminə ABŞ enerjisinin alışını artırmağa çağırıb. Əks halda onların mallarına qadağanedici gömrük rüsumlarının tətbiq ediləcəyi bildirilib. Belə vəziyyət Aİ üçün onsuz da ağır olan vəziyyəti daha da pisləşdirir.
Lakin, amerikalı ekofəalların məlumatlarına görə, şist neft və qaz hasilatı əhalinin sağlamlığı üçün mənfi nəticələrə, hidravlik qırılma zamanı külli miqdarda suyun istifadəsi, qrunt sularının kimyəvi reagentlərlə və mikro-kimyəvi maddələrlə zəhərlənməsi, mikro-zəlzələlərə səbəb olduğu üçün enerji hasilatının ən çirkli və barbar üsullarındandır. O hətta kömürün yandırılmasından da pis üsuldur. Yeri gəlmişkən, yaşıl gələcəkdən dəm vuran Avropa İttifaqında kömürün yandırılmasına üç il bundan əvvəl yenidən qayıdıblar. Şist qazının çirkliliyi həm də aşağı debitə malik olan yüz minlər, hətta milyonlarla quyunun qazılması və bu halda CO2-dən istixana effekti yaratmaq baxımından onlarla dəfə daha dağıdıcı olan metan emissiyasının yaranması ilə təsdiqlənir. Bu, ABŞ-ın şist inqilabında tək olmasının səbəblərindən biridir.
Sual həm də öz investisiyalarında iqlim məhdudiyyətlərindən kənara çıxmaqla, eyni zamanda onsuz da sərfəli olmayan şist hasilatını ayaqda saxlayan Amerikanın meqafondlarına (Blackrock və başqaları) ünvanlanır. Mahiyyət etibarı ilə onlar ölkədə iqtisadi artımın təmin edilməsi maraqlarından çıxış edərək, bütün digər kapital qoyuluşlarından gəlir əldə etməyə imkan verən makroiqtisadi tənzimləyici rolunu öz üzərinə götürürlər.
Deməli, belə çıxır ki, ABŞ nəinki müttəfiqləri də daxil olmaqla, dünyanın qalan hissəsi hesabına dolanır, dolların statusu sayəsində geosiyasi rentadan qaçır, həm də planetimizin ekologiyasının məhvi hesabına böyük üstünlük əldə etməklə inkişaf etmək niyyətindədir. ABŞ-a onsuzda sualların olduğu halda, bu, ən vacib sual kimi görünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.