SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrəvan Bakı ilə sülh gündəliyi üzrə səylərini davam etdirəcək - Paşinyan

© Sputnik / Кристина Кормилицына MDB Dövlət Başçıları Şurasının iclası
 MDB Dövlət Başçıları Şurasının iclası - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişatı, əldə olunmuş razılaşmalar barədə Kobaxidzeyə məlumat verib.
BAKI, 30 yanvar — Sputnik. Ermənistan hökuməti Azərbaycanla sülh gündəliyinin həyata keçirilməsinə tam sadiqdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.
Paşinyan bildirib ki, Gürcüstan Baş naziri ilə danışıqlarda Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişatı, əldə olunmuş razılaşmalar barədə Kobaxidzeyə məlumat verib.
Paşinyanın qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri gücləndirmək barədə razılığa gəliblər.
Bundan əvvəl gürcü tərəfi Ermənistan paytaxtında aparılan danışıqlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, yanvarın 29-da Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir. O qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında iki ölkənin Gürcüstanla sərhədlərindən başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq haqqında razılaşmaları alqışlayır.
Xəbər lenti
0