Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qazaxıstan və Azərbaycan 2026-cı ildə Transxəzər internetini istifadəyə verəcəklər

© Sputnik / Murad OrujovXəzər
Xəzər - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin tikintisinə hələ 2023-cü ildə başlanılması planlaşdırılıb.
BAKI, 30 yanvar — Sputnik. Qazaxıstan və Azərbaycan 2025-ci ildə Xəzər dənizinin dibi ilə kabel çəkməyə başlayacaq ki, bu da digər məsələlərlə yanaşı, qazaxıstanlıların internetə əlavə çıxışını təmin edəcək.
Bu barədə "TASS" agentliyi Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Asxat Orazbekin brifinqdə söylədiklərinə istinadən xəbər verib.
"Bu il "Qazaxtelekom" "Azertelecom" ilə birlikdə Transxəzər dəniz kabelinin tikintisinə başlayacaq", Orazbek bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, marşrutun özünün 2026-cı ildə işə salınması planlaşdırılır. Onun sözlərinə görə, Qazaxıstanda trafikin nəqli üçün daha bir əlavə xətt çəkiləcək.
Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin tikintisinə hələ 2023-cü ildə başlanılması planlaşdırılıb. Bunu 2022-ci ildə Qazaxıstanın o vaxtkı rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin deyib. Onun sözlərinə görə, layihə region ölkələrinə internetə alternativ çıxış imkanı verəcək, həmçinin Avropa və Asiya arasında trafikin nəqli üçün xətt genişləndirəcək.
Musin qeyd edib ki, sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən Azərbaycanın Siyəzən rayonuna qədər uzanacaq və 340 km-dən çox olacaq. Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovna qəsəbəsinə qədər təxminən 330 km uzunluğunda olan ehtiyat xətti çəkiləcək.
Xəbər lenti
0