https://sputnik.az/20250130/meymunciceyine-yoluxan-azerbaycan-vetendasinin-aqibeti-ne-oldu--470144332.html
Meymunçiçəyinə yoluxan azərbaycanlını klinikadan evə buraxıblar
Meymunçiçəyinə yoluxan azərbaycanlını klinikadan evə buraxıblar
Sputnik Azərbaycan
TƏBİB xarici ölkəyə turistik səfər zamanı meymunçiçəyi virusuna yoluxan şəxsin son durumunu açıqladı. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T11:37+0400
2025-01-30T11:37+0400
2025-01-30T11:53+0400
meymunçiçəyi
azərbaycan xəbərləri
təbib
virus
https://cdnn1.img.sputnik.az/img/07e8/08/14/466804608_0:320:3072:2048_1920x0_80_0_0_14f6c7e093c05cd0ed1eadb1281fac57.jpg
BAKI, 30 yanvar — Sputnik. Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.27.01.25, 10:24Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib. "Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli lent.az-a deyib ki, meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir.Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub: "Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı".Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda olub: "Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik".22.01.25, 12:38"Meymunçiçəyi virusuna yoluxan şəxsin hazırda vəziyyəti stabildir". Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, həmin şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, həkimlərin müşahidəsi altındadır. Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
https://sputnik.az/20250121/azerbaycanda-meymunciceyi-virusu-ile-bagli-klinik-protokol-hazirlanib-443598824.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/14/466804608_140:0:2871:2048_1920x0_80_0_0_ce8439dfe04e494c11011119fc6b644f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meymunçiçəyi, təbib, virus
meymunçiçəyi, təbib, virus
Meymunçiçəyinə yoluxan azərbaycanlını klinikadan evə buraxıblar
11:37 30.01.2025 (Yenilənib: 11:53 30.01.2025) TƏBİB xarici ölkəyə turistik səfər zamanı meymunçiçəyi virusuna yoluxan şəxsin son durumunu açıqladı.
BAKI, 30 yanvar — Sputnik. Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib.
"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.
Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli lent.az-a deyib ki, meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir.
Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub: "Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı".
Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda olub: "Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik".
"Meymunçiçəyi virusuna yoluxan şəxsin hazırda vəziyyəti stabildir".
Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, həmin şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, həkimlərin müşahidəsi altındadır.
Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.