Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İlk dəfə iki universitetimiz "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb

BDU - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.
BAKI, 30 yanvar — Sputnik. Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan "Şanxay reytinqi" (Shanghai Ranking) tərəfindən "Akademik Fənlərin Qlobal Reytinqi" dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.
© Photo : Ministry of Educationİlk dəfə 2 universitetimiz "Şanxay reytinqi"
İlk dəfə 2 universitetimiz Şanxay reytinqi - Sputnik Azərbaycan, 1920, 30.01.2025
İlk dəfə 2 universitetimiz "Şanxay reytinqi"
Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.
Qeyd edək ki, "Akademik Fənlərin Qlobal Reytinqi"ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.
***
Bu günlərdə dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” dərc olunub.
Elm və Təhsli Nazirliyinin yaydığı məlumata görə, 11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tutub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1251+) isə siyahıya ilk dəfə daxil olub. “Fizika elmləri” üzrə fənn reytinqinə Azərbaycandan yalnız Bakı Dövlət Universiteti (1001+) daxil olub.
Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.
Xəbər lenti
0