SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq istəyir

© Sputnik / Павел БедняковПортфель чиновника
Портфель чиновника - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında danışıqların təşviqində moderator rolunu öz üzərinə götürməyə hazırdır.
BAKI, 30 yanvar — Sputnik. Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh prosesində öz vasitəçiliyini təklif edir. Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
"Qeyd etmək istərdim ki, Gürcüstan regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əsl vasitəçi olmaq istəyir. Şübhəsiz ki, biz qonşu ölkələrimiz arasında davam edən sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bildirəcəyik" - Boçorişvili bildirib.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında danışıqların təşviqində moderator rolunu öz üzərinə götürməyə hazırdır.
Xəbər lenti
0