https://sputnik.az/20250130/gomruk-komitesi-emekdaslarinin-uc-aydir-ki-geciken-emek-haqlari-odenildi-470288390.html
Gömrük Komitəsi əməkdaşlarının üç aydır ki, gecikən əmək haqları ödənildi
Gömrük Komitəsi əməkdaşlarının üç aydır ki, gecikən əmək haqları ödənildi
Sputnik Azərbaycan
Prezident İlham Əliyev yanvarın 27-də Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T10:53+0400
2025-01-30T10:53+0400
2025-01-30T10:53+0400
gömrük
azərbaycan xəbərləri
dövlət gömrük komitəsi
şahin bağırov
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_0:0:1800:1014_1920x0_80_0_0_094a46621ea2ffae01aef6ecb28a4f81.jpg
BAKI, 30 yanvar — Sputnik. Gömrük əməkdaşlarının üç aydır gecikən maaşları verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı qurumun mətbuat katibliyindən bildirilib. "Artıq həmin işçilərin hər birinin maaşları verilib" - açıqlamda deyilir. Qeyd edək ki, sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar. Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini söyləyiblər. Artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər. Məsələ ilə bağlı bugünlərdə Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırov deyib. Məlumat üçün bildirək ki, prezident İlham Əliyev yanvarın 27-də Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb. Fərman bu il yanvarın 1-dən qüvvəyə minir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_200:0:1800:1200_1920x0_80_0_0_3d71d07f206ddecce66e64972b719d02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, dövlət gömrük komitəsi, şahin bağırov, prezident ilham əliyev
gömrük, dövlət gömrük komitəsi, şahin bağırov, prezident ilham əliyev
Gömrük Komitəsi əməkdaşlarının üç aydır ki, gecikən əmək haqları ödənildi
Prezident İlham Əliyev yanvarın 27-də Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
BAKI, 30 yanvar — Sputnik. Gömrük əməkdaşlarının üç aydır gecikən maaşları verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı qurumun mətbuat katibliyindən bildirilib.
"Artıq həmin işçilərin hər birinin maaşları verilib" - açıqlamda deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar. Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini söyləyiblər. Artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.
Məsələ ilə bağlı bugünlərdə Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırov deyib.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyev yanvarın 27-də Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb. Fərman bu il yanvarın 1-dən qüvvəyə minir.