https://sputnik.az/20250130/cografiya-imtahanina-hazirlasanlar-ucun-kitab-cap-olundu---on-sozu-meleyke-abbaszade-yazib-470297193.html
Coğrafiya imtahanına hazırlaşanlar üçün kitab çap olundu - ön sözü Məleykə Abbaszadə yazıb
Coğrafiya imtahanına hazırlaşanlar üçün kitab çap olundu - ön sözü Məleykə Abbaszadə yazıb
Sputnik Azərbaycan
İlk dəfə nəşr edilən "Coğrafi terminlər və anlayışların izahlı lüğəti" ali və ümumtəhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T19:54+0400
2025-01-30T19:54+0400
2025-01-30T19:54+0400
kitab
azərbaycan xəbərləri
azərbaycan milli elmlər akademiyasının coğrafiya institutu
coğrafiya institutu
lüğət
məleykə abbaszadə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/440985225_0:52:1000:615_1920x0_80_0_0_259b608d6feb4f501173fade0603da76.jpg
BAKI, 30 yanvar — Sputnik. "Coğrafi Terminlər və Anlayışların İzahlı Lüğəti" işıq görüb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib. Məlumatda bildirilib ki, Dövlət İmtahan Mərkəzinin sifarişi ilə hazırlanıb və çoxdan gözlənilən bu dəyərli vəsait qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulsa da bütün coğrafiyasevərlər üçün bir hədiyyə sayıla bilər. Kitabın elmi redaktoru professor Fərda İmanov, tərtibçiləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, baş direktor professor Zakir Eminov və şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov, orta məktəb müəllimləri Təranə Əfəndiyeva və Aygün Əliyevadır. Kitaba ön söz olaraq şərh verən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə lüğətin zəruriliyini önə çəkərək şagirdlərdə özünütəhsil vərdiş və bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün vəsaitin hazırlanmasının aktual məsələ olduğunu diqqətə çatdırıb. Qurumdan bildirilib ki, ilk dəfə nəşr edilən "Coğrafi terminlər və anlayışların izahlı lüğəti" ali və ümumtəhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb: "Müasir dünyada elmi sahələrdə və tədrisdə inteqrasiya proseslərinin genişlənməsi, eyni zamanda elmin, texnologiyaların inkişafı ilə bağlı olaraq beynəlxalq aləmdə bir sıra yeni terminlər və ifadələr yaranıb ki, onların izahına, şərhinə böyük ehtiyac var. Bu baxımdan təqdim edilən lüğət xüsusi əhəmiyyətə malikdir. Lüğətdə şəkil, sxem və diaqramlardan geniş istifadə olunub". Qeyd etmək lazımdır ki, lüğət hazırlanarkən Coğrafiya İnstitutunda aparılan son tədqiqatların nəticələri də nəzərə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/440985225_56:0:944:666_1920x0_80_0_0_866b2a29f77dd85046dc164e27ce2c34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitab, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutu, coğrafiya institutu, lüğət, məleykə abbaszadə
kitab, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutu, coğrafiya institutu, lüğət, məleykə abbaszadə
Coğrafiya imtahanına hazırlaşanlar üçün kitab çap olundu - ön sözü Məleykə Abbaszadə yazıb
İlk dəfə nəşr edilən "Coğrafi terminlər və anlayışların izahlı lüğəti" ali və ümumtəhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb.
BAKI, 30 yanvar — Sputnik. "Coğrafi Terminlər və Anlayışların İzahlı Lüğəti" işıq görüb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.
Məlumatda bildirilib ki, Dövlət İmtahan Mərkəzinin sifarişi ilə hazırlanıb və çoxdan gözlənilən bu dəyərli vəsait qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulsa da bütün coğrafiyasevərlər üçün bir hədiyyə sayıla bilər.
Kitabın elmi redaktoru professor Fərda İmanov, tərtibçiləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, baş direktor professor Zakir Eminov və şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov, orta məktəb müəllimləri Təranə Əfəndiyeva və Aygün Əliyevadır.
Kitaba ön söz olaraq şərh verən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə lüğətin zəruriliyini önə çəkərək şagirdlərdə özünütəhsil vərdiş və bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün vəsaitin hazırlanmasının aktual məsələ olduğunu diqqətə çatdırıb.
Qurumdan bildirilib ki, ilk dəfə nəşr edilən "Coğrafi terminlər və anlayışların izahlı lüğəti" ali və ümumtəhsil müəssisələrinin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən hazırlanıb: "Müasir dünyada elmi sahələrdə və tədrisdə inteqrasiya proseslərinin genişlənməsi, eyni zamanda elmin, texnologiyaların inkişafı ilə bağlı olaraq beynəlxalq aləmdə bir sıra yeni terminlər və ifadələr yaranıb ki, onların izahına, şərhinə böyük ehtiyac var. Bu baxımdan təqdim edilən lüğət xüsusi əhəmiyyətə malikdir. Lüğətdə şəkil, sxem və diaqramlardan geniş istifadə olunub".
Qeyd etmək lazımdır ki, lüğət hazırlanarkən Coğrafiya İnstitutunda aparılan son tədqiqatların nəticələri də nəzərə alınıb.