https://sputnik.az/20250130/biz-regionda-kommunikasiyalarin-acilmasi-ideyasini-destekleyirik---ermeni-nazir--470290351.html
Biz regionda kommunikasiyaların açılması ideyasını dəstəkləyirik - erməni nazir
Biz regionda kommunikasiyaların açılması ideyasını dəstəkləyirik - erməni nazir
Sputnik Azərbaycan
Mirzoyan komminkasiyaların açılmasının regiona böyük iqtisadi və digər faydalar gətirəcəyini, Ermənistan tərəfinin yanaşmalarının "Sülh kəsişməsi" layihəsində... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T16:47+0400
2025-01-30T16:47+0400
2025-01-30T16:47+0400
ararat mirzoyan
siyasət
ermənistan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470133151_0:0:3110:1750_1920x0_80_0_0_51614759701767c35b995d19922eea27.jpg
BAKI, 30 yanvar — Sputnik. Ermənistan komminkasiyaların açılmasında sonra prosedurların sadələşdirilməsini mümkün hesab edir. Bu fikri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 30-da İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib. "Yeni heç nə yoxdur, Ermənistanın mövqeyi məlumdur. Biz regionda kommunikasiyaların açılması ideyasını dəstəkləyirik", XİN rəhbəri qeyd edib. Mirzoyan xatırladıb ki, Ermənistan Azərbaycana konstruktiv təkliflər verib və cavab gözləyir. Nazir komminkasiyaların açılmasının regiona böyük iqtisadi və digər faydalar gətirəcəyini, Ermənistan tərəfinin yanaşmalarının "Sülh kəsişməsi" layihəsində öz əksini tapdığını və ərazi bütövlüyü, ölkələrin kommunikasiyalar üzərində suverenlik prinsiplərinə əsaslandığını bildirib. Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, XXI əsrdə bütün ölkələr logistikanı sadələşdirməyə çalışırlar. Onun sözlərinə görə, əgər kommunikasiyalar açılarsa, İrəvan prosedurları sadələşdirməyi mümkün hesab edir. Mirzoyan onu da bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini son çatdırmağa hazırdır. "Ermənistan hökumətinin mövqeyi dəyişməz olaraq qalır. Biz sülh gündəliyinə sadiqik. Bu həm sülh müqaviləsinə, həm də nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə aiddir", Mirzoyan qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirmişdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir və Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir.
https://sputnik.az/20250128/prezident-lham-eliyevden-ermenistanin-sulh-kesismesi-layihesi-barede-sert-danisdi-470258568.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470133151_0:0:2732:2048_1920x0_80_0_0_8d6ccfd1364184b2ff46f77164face0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, ermənistan, prezident ilham əliyev
ararat mirzoyan, ermənistan, prezident ilham əliyev
Biz regionda kommunikasiyaların açılması ideyasını dəstəkləyirik - erməni nazir
Mirzoyan komminkasiyaların açılmasının regiona böyük iqtisadi və digər faydalar gətirəcəyini, Ermənistan tərəfinin yanaşmalarının "Sülh kəsişməsi" layihəsində öz əksini tapdığını bildirib.
BAKI, 30 yanvar — Sputnik. Ermənistan komminkasiyaların açılmasında sonra prosedurların sadələşdirilməsini mümkün hesab edir.
Bu fikri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 30-da İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
"Yeni heç nə yoxdur, Ermənistanın mövqeyi məlumdur. Biz regionda kommunikasiyaların açılması ideyasını dəstəkləyirik", XİN rəhbəri qeyd edib.
Mirzoyan xatırladıb ki, Ermənistan Azərbaycana konstruktiv təkliflər verib və cavab gözləyir.
Nazir komminkasiyaların açılmasının regiona böyük iqtisadi və digər faydalar gətirəcəyini, Ermənistan tərəfinin yanaşmalarının "Sülh kəsişməsi" layihəsində öz əksini tapdığını və ərazi bütövlüyü, ölkələrin kommunikasiyalar üzərində suverenlik prinsiplərinə əsaslandığını bildirib. Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, XXI əsrdə bütün ölkələr logistikanı sadələşdirməyə çalışırlar. Onun sözlərinə görə, əgər kommunikasiyalar açılarsa, İrəvan prosedurları sadələşdirməyi mümkün hesab edir.
Mirzoyan onu da bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini son çatdırmağa hazırdır.
"Ermənistan hökumətinin mövqeyi dəyişməz olaraq qalır. Biz sülh gündəliyinə sadiqik. Bu həm sülh müqaviləsinə, həm də nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə aiddir", Mirzoyan qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirmişdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir və Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir.