Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Gənc qızın ölümünə səbəb olan plastik cərrahla bağlı hökm qüvvədə qaldı

© Getty Images / YakobchukOlenaBurun əməliyyatı, arxiv
Burun əməliyyatı, arxiv - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Plastik cərrah Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
BAKI, 30 yanvar — Sputnik. Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Sənan Mehdiyev barəsində Nəsimi rayon Məhkəməsinin qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
21.01.25, 17:37
Gənc qızın ölümünə səbəb olan plastik cərrah prokurorluq tərəfindən saxlanıldı
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.
Sənan Mehdiyev Nəsimi Prokurorluğunda başlanan cinayət çərçivəsində şübhəli şəxs qismində saxlanılıb. Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənilir.
Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
12.01.25, 16:03
Məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşən gənc qız vəfat edib
Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.
Bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.
N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib (Report).
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.
10.01.25, 10:46
Bakıda gənc qız məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşüb
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin mətbuat katibi Mətin Məcidli məlumat verib.
"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək" - M. Məcidli bildirib.
Qeyd edək ki, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə zərərçəkənin atası Aydın Abışzadə "Baku TV"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib:
"Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib".
Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:
"Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.
Xəbər lenti
0