https://sputnik.az/20250130/azerbaycanda-informasiya-tehlukesizliyi-ile-bagli-internet-informasiya-ehtiyati-yaradilib-470290914.html
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
Sputnik Azərbaycan
"AzStateNet" şəbəkəsinə qoşulmaqla təhlükəsizliyin gücləndirilməsi təmin edilib. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T12:48+0400
2025-01-30T12:48+0400
2025-01-30T12:48+0400
tot az
azərbaycan xəbərləri
informasiya təhlükəsizliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:3073:1728_1920x0_80_0_0_cc3839021fe5a395807e4e2f9f905f94.jpg
BAKI, 30 yanvar — Sputnik. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və "AzStateNet" şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib. Sputnik Azərbaycan-a bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb. İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək Komissiyanın əsas vəzifələrindəndir. Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:2731:2048_1920x0_80_0_0_3a50d38648cc62b6e6aeae480d4f68b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tot az, informasiya təhlükəsizliyi
tot az, informasiya təhlükəsizliyi
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
"AzStateNet" şəbəkəsinə qoşulmaqla təhlükəsizliyin gücləndirilməsi təmin edilib.
BAKI, 30 yanvar — Sputnik. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və "AzStateNet" şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib.
Sputnik Azərbaycan-a bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.
İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək Komissiyanın əsas vəzifələrindəndir.
Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.