https://sputnik.az/20250130/azerbaycanda-11-milyon-vetendasin-pensiyasinda-artim-olacaq---deputat-detallari-aciqladi-470291283.html
Azərbaycanda 1,1 milyon vətəndaşın pensiyasında artım olacaq - deputat detalları açıqladı
Azərbaycanda 1,1 milyon vətəndaşın pensiyasında artım olacaq - deputat detalları açıqladı
Sputnik Azərbaycan
Əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Nazirliyin məlumatına görə, gələn... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T14:15+0400
2025-01-30T14:15+0400
2025-01-30T14:30+0400
milyon
iqtisadiyyat
vüqar bayramov
prezident ilham əliyev
dövlət statistika komitəsi
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_0:0:3232:1819_1920x0_80_0_0_67ac6a74c93030bf1fdb5d1aee0a390e.jpg
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda əmək pensiyaları artırılacaq. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, yəni artırılacaq. Qanunvericiliyə əsasən əmək pensiyaları indeksasiya olunur. Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, 2024-cü ilin 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb: "Bu isə o deməkdir ki, ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. "Əmək pensiyaları haqqında" qanuna əsasən bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə uyğun artırılır. İndeksləşdirmə nəticəsində 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bu artımın ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub". "İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur" O bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur: ""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaş növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. İndeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq". "Pensiya artımları yanvarın 1-dən hesablanır" Deputat qeyd edib ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq". İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: "2024-cü il üçün orta aylıq əməkhaqqı ilə bağlı rəsmi rəqəm Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək. Əgər 2024-cü ildə orta aylıq nominal əməkhaqqı 8 faiz artsa, əmək pensiyaları 8 faiz artacaq. Məsələn, 600 manat pensiya alan vətəndaşın pensiyası 48 manat artaraq 648 manat olacaq". Nazirlik: "Gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək" Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7,2 milyard manata çatdığı qeyd edilib. Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_426:0:3157:2048_1920x0_80_0_0_be4b26824a6ea50ba96f8174a2d5f1b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milyon, vüqar bayramov, prezident ilham əliyev, dövlət statistika komitəsi, əmək və əhalinin sosial müdafiə nazirliyi
milyon, vüqar bayramov, prezident ilham əliyev, dövlət statistika komitəsi, əmək və əhalinin sosial müdafiə nazirliyi
Azərbaycanda 1,1 milyon vətəndaşın pensiyasında artım olacaq - deputat detalları açıqladı
14:15 30.01.2025 (Yenilənib: 14:30 30.01.2025) Əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Nazirliyin məlumatına görə, gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda əmək pensiyaları artırılacaq. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, yəni artırılacaq. Qanunvericiliyə əsasən əmək pensiyaları indeksasiya olunur.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, 2024-cü ilin 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb:
"Bu isə o deməkdir ki, ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. "Əmək pensiyaları haqqında" qanuna əsasən bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə uyğun artırılır. İndeksləşdirmə nəticəsində 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bu artımın ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub".
"İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur"
O bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:
""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaş növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. İndeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq".
"Pensiya artımları yanvarın 1-dən hesablanır"
Deputat qeyd edib ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:
"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir:
"2024-cü il üçün orta aylıq əməkhaqqı ilə bağlı rəsmi rəqəm Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək. Əgər 2024-cü ildə orta aylıq nominal əməkhaqqı 8 faiz artsa, əmək pensiyaları 8 faiz artacaq. Məsələn, 600 manat pensiya alan vətəndaşın pensiyası 48 manat artaraq 648 manat olacaq".
Nazirlik: "Gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək"
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7,2 milyard manata çatdığı qeyd edilib.
Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq.