DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada Rusiyadan boru kəməri qazının alınmasının bərpası müzakirə olunur

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidqaz
qaz - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Rusiya qazının alınmasının tərəfdarları satışların bərpasının Avropada enerji resurslarının qiymətlərini aşağı salacağını düşünürlər.
BAKI, 30 yanvar — Sputnik. Avropada məmurlar Ukraynadakı münaqişənin potensial həlli çərçivəsində Rusiyanın boru kəməri qazının Avropa İttifaqına (Aİ) tədarükünün bərpası imkanlarını müzakirə edirlər.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bu ideyanın tərəfdarları hesab edirlər ki, Rusiyadan qaz nəqlinin bərpası Avropada enerji resurslarının qiymətlərinin aşağı düşməsinə kömək edəcək və münaqişə tərəfləri arasında danışıqlara şərait yaradacaq. Təşəbbüsü dəstəkləyənlər arasında adları dəqiqləşdirilməyən Almaniya və Macarıstanın bəzi nümayəndələri, eləcə də bir sıra digər ölkələr də var.
Lakin bu təklif müxtəlif reaksiyalarla qarşılanıb. Aİ məmurları və bir sıra Şərqi Avropa ölkələrinin diplomatları bu plandan narazılıqlarını bildiriblər. Bundan əlavə, ABŞ-ın mayeləşdirilmiş təbii qaz (MTQ) ixracatçıları Avropa bazarındakı rəqabətin artmasından və mövqelərini itirməkdən qorxaraq buna qarşı çıxırlar.
Xatırladaq ki, Aİ ölkələri ötən il Rusiya qazının alınmasında xüsusi fəallıq nümayiş etdirib. Avropa hətta bu alışda rekorda imza atıb. Ölkələr ən böyük həcmdə Rusiyadan mayeləşdirilmiş təbii qaz alıblar. Ümumilikdə Avropa 17,8 milyon ton resurs alıb. İdxal 2023-cü il göstəricilərini 2 milyon ton üstələyib.
Xəbər lenti
0