Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ailə həkimləri yoxdur - Milli Məclisdə təbil çalındı

© Depositphotos.com / Snowing Ailə həkim
Ailə həkim - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Şərafət İsmayılova deyib ki, bu gün Azərbaycanda ailə həkiminə olan tələbat ödənilmir. 30 nəfər imtahandan keçib, amma yalnız 5 nəfər proqramı yekunlaşdırıb.
BAKI, 30 yanvar — Sputnik. "İlkin səhiyyə xidməti əlçatan olmalıdır. İkinci məsələ əhatəlilikdir. Kəndlərdə neyrocərrahiyyə yarada bilmərik, amma əsas baza xidmətlərini orada da yarada bilərik. İlkin səhiyyə xidmətləri ambulator və stasionarla qarşılıqlı işləməlidir. İlkin səhiyyə xidmətində çalışan tibbi personalı vətəndaşın bələdçisi olmalıdır. İnsanlar həkimlərini tanıyır, onun məsləhətlərinə qulaq asır və onu tez-tez dəyişmir. İnsanlara optimal məsafədə müəssisələr yerləşdirilməlidir. Biz tibb müəssisələrində doğru kombinasiyalı xidmət qurmalıyıq. Azərbaycanda bizə lazım olan kadrlar 40%, regionlarda 45-50% azdır. Tibb Universitetinin hazırladığı kadrlar bunu qarşılaya bilməyəcək".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
O bildirib ki, bizim ailə həkimlərimiz üçün kurs keçilməlidir, bizim ailə həkimləri yoxdur: "Bütün kəndlər üzrə biz araşdırmalar aparmışıq. Biz tərəfdən regionlarda 3000-dən artıq tibb məntəqəsi bina olaraq müəyyənləşdirilib və xəritələşdirilib. Bu gün maliyyə əsasən ixtisaslı tibbi yardıma gedir, bu dəqiqə bizdə ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır".
O qeyd edib ki, bu il iyul ayından "Ailə həkimi" informasiya sisteminin tətbiqi nəzərdə tutulur. Səhiyyə Nazirliyi ilə birlikdə kadr potensialının yaxşılaşdırılması üçün işlər gedir: "Bu gün Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda ailə həkimi ixtisası var. Onlarla bu istiqamətdə iş gedir".
Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib ki, bu gün Azərbaycanda ailə həkiminə olan tələbat ödənilmir. 30 nəfər imtahandan keçib, amma yalnız 5 nəfər proqramı yekunlaşdırıb: "Bu say ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir. Ailə həkimi kimi çalışa biləcək pediatrlarımız, digər həkimlərimiz var. Tibb Universitetində ailə həkimi hazırlanması üçün də işlər görülməlidir. Digər məsələ regionlarda təqaüd yaşına çatmış tibb personalının, xüsusilə həkimlərin xüsusi kurs keçəndən sonra regionlarda ailə həkimi kimi fəaliyyət göstərməsi məsələsi də yeni qaydada öz əksini tapıb".
Xəbər lenti
0