https://sputnik.az/20250129/turkiye-azerbaycan-ve-ozbekistan-arasinda-ticari-elaqeleri-muzakire-olunub-470277767.html
Türkiyə, Azərbaycan və Özbəkistan arasında ticari əlaqələri müzakirə olunub
Türkiyə, Azərbaycan və Özbəkistan arasında ticari əlaqələri müzakirə olunub
Sputnik Azərbaycan
Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli biznes forumu keçirilib. 29.01.2025, Sputnik Azərbaycan
2025-01-29T13:59+0400
2025-01-29T13:59+0400
2025-01-29T13:59+0400
azərbaycan xəbərləri
yanvar
azərbaycan
türkiyə
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_35:0:3676:2048_1920x0_80_0_0_5363f01a358d2e3591288576a7b753b8.jpg
BAKI, 29 yanvar - Sputnik. Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet platformadır. Bu resursdan tam istifadə etmək çox vacibdir.Azərtac xəbər verir ki, bu sözləri yanvarın 29-da Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) binasında Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli biznes forumunun açılışında çıxış edən TOBB-un sədri Rifat Hisarcıkoğlu deyib.Forumda Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.Hisarcıkoğlu Türkiyə ilə Azərbaycan arasında ticarətin inkişafı ilə bağlı çoxsaylı sazişlərə, o cümlədən Preferensial Ticarət Sazişinə diqqət çəkib və Azərbaycan və Özbəkistanla ticarətdə gömrük maneələrinin azaldılmasına ümid etdiyini bildirib.TOBB-un sədri Türk dünyasında iqtisadi konsolidasiyanın vacibliyini qeyd edərək bildirib ki, Türkiyənin Gürcüstanla gömrük müqaviləsi var, lakin təəssüf ki, Azərbaycan və Türkiyə arasında münasibətlərdə analoji əsas yoxdur.Hisarcıkoğlu Türk dünyasını Azərbaycanın ailəsi adlandıran Prezident İlham Əliyevin sözlərini sitat gətirib.O, həmçinin Türkiyə, Azərbaycan və Özbəkistan arasında Azad Ticarət Sazişinin imzalanacağına ümid etdiyini bildirib.O, eyni zamanda, regional nəqliyyat layihələrinin, o cümlədən Qars-Naxçıvan dəmir yolunun həyata keçirilməsinin vacibliyini vurğulayıb.Hisarcıkoğlu Trans-Anadolu Boru Kəməri ilə qaz tədarükünün artırılmasının vacibliyinə də diqqət çəkib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_490:0:3221:2048_1920x0_80_0_0_0c4fb2716c782003fa55d2da5985847a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanvar, azərbaycan, türkiyə, özbəkistan
yanvar, azərbaycan, türkiyə, özbəkistan
Türkiyə, Azərbaycan və Özbəkistan arasında ticari əlaqələri müzakirə olunub
Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli biznes forumu keçirilib.
BAKI, 29 yanvar - Sputnik. Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet platformadır. Bu resursdan tam istifadə etmək çox vacibdir.
Azərtac xəbər verir ki, bu sözləri yanvarın 29-da Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) binasında Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli biznes forumunun açılışında çıxış edən TOBB-un sədri Rifat Hisarcıkoğlu deyib.
Forumda Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.
Hisarcıkoğlu Türkiyə ilə Azərbaycan arasında ticarətin inkişafı ilə bağlı çoxsaylı sazişlərə, o cümlədən Preferensial Ticarət Sazişinə diqqət çəkib və Azərbaycan və Özbəkistanla ticarətdə gömrük maneələrinin azaldılmasına ümid etdiyini bildirib.
TOBB-un sədri Türk dünyasında iqtisadi konsolidasiyanın vacibliyini qeyd edərək bildirib ki, Türkiyənin Gürcüstanla gömrük müqaviləsi var, lakin təəssüf ki, Azərbaycan və Türkiyə arasında münasibətlərdə analoji əsas yoxdur.
Hisarcıkoğlu Türk dünyasını Azərbaycanın ailəsi adlandıran Prezident İlham Əliyevin sözlərini sitat gətirib.
O, həmçinin Türkiyə, Azərbaycan və Özbəkistan arasında Azad Ticarət Sazişinin imzalanacağına ümid etdiyini bildirib.
“2024-cü ilin sonunda Türkiyə ilə Özbəkistan arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. Bu rəqəmin 10 milyard dollara çatdırılması üçün heç bir maneə yoxdur”, - deyən Hisarcıkoğlu Azərbaycanla əlaqələrdə istifadə olunmamış potensiala da diqqət çəkib.
O, eyni zamanda, regional nəqliyyat layihələrinin, o cümlədən Qars-Naxçıvan dəmir yolunun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Zəngəzur dəhlizinin tezliklə açılması vacibdir”, -deyə TOBB sədri qeyd edib.
Hisarcıkoğlu Trans-Anadolu Boru Kəməri ilə qaz tədarükünün artırılmasının vacibliyinə də diqqət çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.