Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada "Qəhrəman ana"lar Əmək qəhrəmanlarına bərabər tutulacaq

© POOL / Mediabanka keçidQəhrəman ana ordeni, Rusiya, arxiv
Qəhrəman ana ordeni, Rusiya, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Matviyenko Putinə Demoqrafik Siyasət Şurasının tərkibinə dair təkliflər barədə məruzə edib.
BAKI, 29 yanvar - Sputnik. Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü və Demoqrafik və Ailə Siyasəti Şurasının tərkibi və funksiyaları ilə bağlı təkliflər barədə məlumat verdiyini bildirib. Bu barədə TASS xəbər yayıb.

“Ötən ilin sonunda dövlət başçısının fərmanı ilə Rusiya Prezidenti yanında dövlət demoqrafik və ailə siyasətinin həyata keçirilməsi üzrə Şura yaradılıb. Biz çoxlu hazırlıq işləri aparmışıq. Prezidentlə görüş olub. Şuranın tərkibi və funksional imkanları ilə bağlı təkliflərimiz dövlətimizin başçısına çatdırıldı”, - Matviyenko yaz sessiyasının açılışında bildirib.

© Sputnik / Алексей Даничев / Mediabanka keçidValentina Matviyenko, arxiv
Valentina Matviyenko, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Valentina Matviyenko, arxiv
Federasiya Şurasının sədri qeyd edib ki, Ailə ilinin ən mühüm nəticələrindən biri Rusiya Federasiyası Prezidentinin Əmək Qəhrəmanlarına verilən bütün sosial təminat və imtiyazların “Qəhrəman Ana” adına sahib qadınlara şamil edilməsi haqqında qərarı olub.

"Bu güzəştlərə aylıq ödənişlər, növbədənkənar pulsuz tibbi xidmət, pulsuz peşə hazırlığı və əlavə peşə təhsili almaq imkanı, torpaq mülkiyyətinin pulsuz verilməsi və sair daxildir”, - deputat əlavə edib.

Matviyenko onu da vurğulayıb ki, bu iş qanunvericiliyin dəqiq tənzimlənməsini tələb edəcək.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman Ana” titulu daşıyan qadınlara Rusiyanın Əmək Qəhrəmanlarının malik olduğu bütün sosial təminatların və ödənişlərin verilməsini təklif edib. Qəhrəman analar on və daha çox uşaq dünyaya gətirmiş və böyütmüş qadınlardır.
"Qəhrəman ana" adını almaq rusiyalı qadınların bank hesabına köçürülən birdəfəlik ödənişi nəzərdə tutur. Bu, 1 milyon rubl mükafatlandırılan anaya ödənilməli olan birdəfəlik ödənişdir. Həmin ödənişlər ƏDV-dən azaddır, yəni ailələr bütün məbləği alırlar.
Belə fəxri statusa layiq görülənlər birdəfəlik ödənişdən əlavə, mənzil-kommunal xidmətlərin ödənilməsinə görə müavinətlər və pensiyalarına əlavə ödənişlər almaq hüququna malikdirlər. Bəzi regionlar isə qəhrəman analara əlavə ödənişlər də verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0