https://sputnik.az/20250129/rusiya-azerbaycanla-ermenistan-arasinda-serhedin-delimitasiyasinda-irelileyisi-alqislayir-470282591.html
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında irəliləyişi alqışlayır
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında irəliləyişi alqışlayır
Sputnik Azərbaycan
Rusiya baş nazirinin müavininin sözlərinə görə, Moskva bu cür təmasları və birgə işi həmişə alqışlayıb, çünki bu, regionda sabitliyə töhfə verəcək. 29.01.2025, Sputnik Azərbaycan
2025-01-29T20:00+0400
2025-01-29T20:00+0400
2025-01-30T01:23+0400
rusiya
aleksey overçuk
azərbaycan
ermənistan
rusiya
delimitasiya və demarkasiya
qrup
üçtərəfli bəyanat
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/03/460236370_0:0:2888:1625_1920x0_80_0_0_8490509369cb2efa36c564c7bdea5cdc.jpg
BAKI, 29 yanvar - Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə irəliləyişi alqışlayır. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakı və İrəvan arasında iki ölkənin sərhədlərinin cənub istiqamətində Gürcüstanla qovşağından ərazidə bu prosesin davam etdirilməsinə başlamaq haqqında razılaşmaları şərh edərkən bildirib.Overçuk əlavə edib ki, Moskva bu cür təmasları və birgə işi həmişə alqışlayıb, çünki bu, regionda sabitliyə töhfə verəcək. O, Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli qrupun regiondakı vəziyyətin həlli istiqamətində gördüyü işlərə toxunaraq bildirib ki, hazırda ikitərəfli formatda təmasların dayandırılması ilə bağlı heç bir rəsmi qərar qəbul edilməyib.“Biz bu mövzuda vaxtaşırı ünsiyyət qururuq, amma üçtərəfli formatda deyil, necə deyərlər, təkbətək”, - Overçuk deyib.Baş nazirin müavini qeyd edib ki, onun Ermənistan və Azərbaycandan olan həmkarları Mher Qriqoryan və Şahin Mustafayev arasında “çox yaxşı işgüzar əlaqə” yaradılıb.Overçuk həmçinin qeyd edib ki, o, Ermənistan və Azərbaycandan olan həmkarları arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərində müntəzəm təmaslardan xəbərdardır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250116/ermenistan-azerbaycan-serhedinin-delimitasiyasi-uzre-komissiyanin-iclasi-kecirilecek-469505524.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/03/460236370_111:0:2842:2048_1920x0_80_0_0_d28ef3e627b61133bff32af6a25f8e6f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksey overçuk, azərbaycan, ermənistan, rusiya, delimitasiya və demarkasiya, qrup, üçtərəfli bəyanat
aleksey overçuk, azərbaycan, ermənistan, rusiya, delimitasiya və demarkasiya, qrup, üçtərəfli bəyanat
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında irəliləyişi alqışlayır
20:00 29.01.2025 (Yenilənib: 01:23 30.01.2025) Rusiya baş nazirinin müavininin sözlərinə görə, Moskva bu cür təmasları və birgə işi həmişə alqışlayıb, çünki bu, regionda sabitliyə töhfə verəcək.
BAKI, 29 yanvar - Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə irəliləyişi alqışlayır. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakı və İrəvan arasında iki ölkənin sərhədlərinin cənub istiqamətində Gürcüstanla qovşağından ərazidə bu prosesin davam etdirilməsinə başlamaq haqqında razılaşmaları şərh edərkən bildirib.
“Çox böyük, yaxşı irəliləyiş əldə olunub, sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. İndi onlar (tərəflər - red.) razılaşıblar... şimaldan cənuba, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovşağından keçib, aşağı enəcəklər”, - o, jurnalistlərə açıqlamasında deyib.
Overçuk əlavə edib ki, Moskva bu cür təmasları və birgə işi həmişə alqışlayıb, çünki bu, regionda sabitliyə töhfə verəcək. O, Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli qrupun regiondakı vəziyyətin həlli istiqamətində gördüyü işlərə toxunaraq bildirib ki, hazırda ikitərəfli formatda təmasların dayandırılması ilə bağlı heç bir rəsmi qərar qəbul edilməyib.
“Biz bu mövzuda vaxtaşırı ünsiyyət qururuq, amma üçtərəfli formatda deyil, necə deyərlər, təkbətək”, - Overçuk deyib.
Baş nazirin müavini qeyd edib ki, onun Ermənistan və Azərbaycandan olan həmkarları Mher Qriqoryan və Şahin Mustafayev arasında “çox yaxşı işgüzar əlaqə” yaradılıb.
“Bu, artıq bu işçi qrupunun nəticəsi olaraq əldə edilmiş çox böyük nəticədir. Bildiyimizə görə, bu, hazırda bu ölkələr arasında mövcud olan yeganə əlaqədir. Nəzərə alsaq ki, onlar arasında hələ diplomatik münasibətlər yoxdur, sülh müqaviləsi də imzalanmayıb”, - Overçuk əlavə edib.
Overçuk həmçinin qeyd edib ki, o, Ermənistan və Azərbaycandan olan həmkarları arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərində müntəzəm təmaslardan xəbərdardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.