Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Pik saatlarda avtobusların yolda olma müddəti azalacaq

© Baku Transport AgencyAvtobus zolaqları, arxiv
Avtobus zolaqları, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Avtobus zolaqlarının uzunluğu 160 kilometrə çatdırılacaq.
BAKI, 29 yanvar - Sputnik. Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

“Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur".

© Photo : Baku Transport AgencyBakıda ilk elektrik mühərrikli avtobus (BYD )
Bakıda ilk elektrik mühərrikli avtobus (BYD ) - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Bakıda ilk elektrik mühərrikli avtobus (BYD )
O da qeyd olunub ki, 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.
"Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0