DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çexiya Milli Bankı ölkənin pul ehtiyatlarını bitkoinə yatırmaq istəyir - KİV

© AFP 2024 / OZAN KOSEBitkoin-in vizual təsviri, arxiv
Bitkoin-in vizual təsviri, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Cümə axşamı keçiriləcək iclasda bankın idarə heyətinə ehtiyatların şaxələndirilməsi yolu kimi bitkoinlərə investisiya planını təqdim edəcək.
BAKI, 29 yanvar - Sputnik. Çexiya Milli Bankının (CNB) rəhbəri Aleş Mixl ölkənin ehtiyatlarının "milyardlarla avrosunu" bitkoinə yatırmaq istəyir. RİA Novosti Financial Times-a istinadən yazır ki, bununla əlaqədar olaraq ölkənin bankı Qərbdə kripto aktivlərinə sahib olan ilk bank ola bilər.

"Çexiya Milli Bankının rəhbəri ölkənin ehtiyatlarının milyardlarla avrosunu bitkoinə yatırmaq istəyir ki, bu da onu kriptovalyutalara sahib olan ilk Qərb mərkəzi bankına çevirə biləcək təməlqoyıcı bir addımdır", - nəşr Mixlin müsahibəsinə istinadən yazır.

Mikxl nəşrə bildirib ki, cümə axşamı keçiriləcək iclasda CNB-nin idarə heyətinə ehtiyatların şaxələndirilməsi yolu kimi bitkoinlərə investisiya planını təqdim edəcək.
© AFP 2024 / MICHAL CIZEKPraqa şəhəri, arxiv
Вид на Прагу - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Praqa şəhəri, arxiv
Onun sözlərinə görə, təklif təsdiqlənərsə, Milli Bank 140 milyard dollarlıq ehtiyatının 5%-ni bitkoində saxlaya bilər.
"Aktivlərimizi şaxələndirmək üçün Bitkoin yaxşı seçim kimi görünür", - Mixl bildirib.
Bank rəhbəri Bitkoin haqqında həmkarlarından tamamilə fərqli bir fəlsəfəyə sahib olduğunu qeyd edərək, özünü bu sahədə "pioner" adlandırıb.
Qeyd edək ki, Bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyi bir ay ərzində birjada 108 000 dollar həddini keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
2024-cü ilin dekabr ayının əvvəlində Tramp ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri vəzifəsinə Paul Atkinsin namizədliyini irəli sürəcəyini açıqlayıb.
Onun tənzimləyicinin siyasətini prezident Co Baydenin administrasiyası ilə müqayisədə kriptovalyutalara qarşı daha mehriban hala gətirəcəyi gözlənilir.
Tramp bundan əvvəl də bir neçə dəfə rəqəmsal valyutaları dəstəkləyib. Hələ seçkilərdəki qələbəsindən əvvəl respublikaçı ABŞ-ı kriptovalyutaların “dünya paytaxtına” çevirəcəyini vəd etmişdi.
İyul ayında o, seçkidə qalib gələcəyi təqdirdə bitkoinlərin milli strateji ehtiyatı yaratmaq niyyətini açıqlayıb, həmçinin ABŞ tarixində kampaniya tədbirlərindən birində bitkoinlərlə ödəniş edən ilk keçmiş prezident olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0